Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda “Avropa günləri”nə həsr olunmuş mətbuat konfransı keçirilib

Naxçıvan, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsində Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın, Azərbaycanda akkreditə olunmuş Aİ ölkələrinin diplomatik missiyalarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə “Avropa günləri”nə həsr olunmuş mətbuat konfransı keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli mətbuat konfransında çıxış edərək Azərbaycanın multikultural dəyərlərə malik, mədəniyyətlərarası və dinlərarası dialoqa xüsusi əhəmiyyət verən demokratik respublika olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası bu dəyərləri özündə təcəssüm etdirməklə yanaşı, həm də bəşəriyyətin ikinci atası hesab olunan Nuh Peyğəmbərin vətənidir. Aparılan araşdırmalar Naxçıvanda ilkin şəhər mədəniyyətinin 5 min illik tarixə sahib olduğunu göstərir.

“Şərqlə Qərbin birləşdiyi Böyük İpək Yolu üzərində yerləşən, bir çox mənbələrdə “Şərqin qapısı” adlandırılan Naxçıvan diyarı tarix boyu müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu region kimi tanınıb, özündə həmin mədəniyyətlərin harmoniyasını əks etdirərək multikultural ənənələrinə görə diqqəti cəlb edib”, – deyən Vüsal Ələkbərli diqqətə çatdırıb ki, tarixin bütün dövrlərində olduğu kimi, bu gün də qədim diyarda Nuh Peyğəmbərin bütün bəşəriyyəti birləşdirən vəhdət fəlsəfəsi öz canlılığını qoruyur və tolerantlıq baxımından müstəsna nümunə təşkil edir. Bu nümunənin mühafizəsi və yaşadılması, o cümlədən irqi ayrı-seçkilik, terror, ksenofobiya və dini dözümsüzlüyün yayıldığı müasir dünyaya təqdim olunması muxtar respublikada xüsusi diqqət göstərilən məsələlərdəndir.

Vurğulanıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun uğurlu rəhbərliyi nəticəsində muxtar respublika sürətlə inkişaf edir və müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edən məkan kimi tanınır. Həmin tədbirlərin sonuncusu bu il iyunun 20-də keçirilib. Belə ki, bu tarixdə Naxçıvanda İslam ölkələrinin təmsilçilərinin iştirakı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə əlaqədar möhtəşəm açılış mərasimi təşkil olunub. Eləcə də bu çərçivədə il ərzində müxtəlif tədbirlər keçirilib.

Diqqətə çatdırılıb ki, sentyabrın 21-dən etibarən isə Naxçıvan şəhərinin Azərbaycanın Gənclər Paytaxtı seçilməsi münasibəti ilə muxtar respublika paytaxtı “Avropa günləri” adlı daha bir təqdirəlayiq tədbirə ev sahibliyi edir. Tədbir çərçivəsində müxtəlif Qərb ölkələrini təmsil edən nümayəndələr – Aİ-nin rəsmiləri, Avropa ölkələrinin Azərbaycandakı səfirləri və digər qonaqlar Naxçıvan şəhərinin zəngin mədəniyyəti ilə yaxından tanış olacaqlar. Sentyabrın 22-də bir sıra orta ümumtəhsil məktəblərində və universitetlərdə tanışlıq xarakterli təqdimatlar reallaşdırılıb, sentyabrın 23-də isə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi keçiriləcək. Burada Azərbaycana, eləcə də Avropa ölkələrinə aid sərgilər, uşaqlar üçün intellektual və əyləncəli proqramlar, rəqslər, axşam isə açıq hava altında konsert proqramı təşkil olunacaq. Tədbir Naxçıvanın mədəni həyatında xoş xatirə kimi qalacaq, yerli sakinlər Aİ-ni təşkil edən ayrı-ayrı dövlətlərin mədəniyyəti və tarixi haqqında yeni məlumatlar əldə edəcəklər.

Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ittifaqın nümayəndəliyi və Aİ-yə üzv olan ölkələrin Azərbaycandakı səfirləri adından Naxçıvanda “Avropa günləri”nin keçirilməsi üçün yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını bildirib. O deyib ki, ilk dəfədir Aİ Naxçıvanda belə bir geniş miqyasda tədbir keçirir. Üç gün davam edən tədbirdə Aİ tərəfindən 60 nəfər iştirak edir. Onlar içərisində Aİ-yə üzv ölkələrin 17 səfirliyinin nümayəndələri də var. Onlardan 2-si qeyri-rezident kimi fəaliyyət göstərir.

Bu il Azərbaycanda Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyinin qeyd olunduğunu, sentyabrın 21-də Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasda iştirak etdiklərini diqqətə çatdıran Kestutis Yankauskas bildirib ki, bu gün Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq, həmçinin qarşılıqlı etimad və münasibətlər inkişaf edir. Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır, eyni zamanda, ittifaqa üzv olan ölkələrin şirkətləri Azərbaycanın həm neft, həm də qeyri-neft sektoruna böyük həcmdə sərmayə yatırıblar. Azərbaycanda fəaliyyət göstərən həmin şirkətlərin sayı ötən il 300 olmuşdusa, artıq bu il onların sayı 385-ə çatıb. Aİ-dən olan bir sıra şirkət Naxçıvanda da fəaliyyət göstərir, onlar enerji sektoruna, o cümlədən bərpa olunan mənbələrdən alınan enerji sahəsinə, həmçinin kənd təsərrüfatı sahəsinə sərmayə yatırıblar.

“Biz iki gün ərzində Naxçıvan şəhərinin bir sıra ümumtəhsil məktəblərində, universitetlərində olacağıq, gənclərlə görüşlər keçirəcəyik. Gənclərlə görüşlərimiz tam yerinə düşür. Çünki Naxçıvan digər statuslarla yanaşı, bu il həm də Azərbaycanın Gənclər Paytaxtı seçilib”, – deyən Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təhsilin prioritet məsələlərdən olduğunu vurğulayıb. Gənc nəslin inkişafı naminə onların təhsilinə yönəldilən vəsait və həyata keçirilən layihələr böyük əhəmiyyət kəsb edir. Bu gün Aİ Azərbaycan ali təhsil müəssisələri arasında “Erasmus+” proqramını, tələbə və müəllim heyəti üçün mübadilə proqramlarını həyata keçirir. Bununla bərabər insanlar arasında münasibətlərin qurulması, ünsiyyətin daha da dərinləşməsi Aİ-Azərbaycan tərəfdaşlığını və münasibətlərini daha da inkişaf etdirəcək.

Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas sentyabrın 23-də Naxçıvanqalada keçiriləcək “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimində Gənclər Paytaxtı olan Naxçıvanın gənclərinin fəal iştirak edəcəklərinə əminliyini bildirib.

Sonda mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

Naxçıvanda “Avropa günləri” çərçivəsində keçirilən tədbirlərə qatılacaq avropalı səfirlər muxtar respublikanın müasir görkəmini və inkişafını yüksək dəyərləndirib, iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı, meliorasiya, turizm və bir çox istiqamətlərdə muxtar respublika ilə əməkdaşlığa hazır olduqlarını vurğulayıblar.

Bildirilib ki, avropalı diplomatları Naxçıvanda daha çox özünə cəlb edən səliqə-sahman, təmizlik və qonaqpərvərlik olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir