SİYASƏT


Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavla görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonağı salamlayıb və onu yenidən Naxçıvanda görməkdən məmnunluğunu bildirib. Ölkələrimiz arasındakı münasibətlərdən bəhs edən Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafında İsrailin ölkəmizdəki səfirliyinin fəaliyyətini qeyd edib.

Naxçıvan Muxtar Respublikasına üçüncü dəfə səfər etdiyini bildirən Dan Stav səmimi qəbula görə minnətdarlıq edib. Diplomat muxtar respublikada əlaqələrin inkişafı üçün imkanların olduğunu bildirib və səfərin bu baxımdan əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.