Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan Milli Hökumətinin baş prokuroru olmuş Firidun İbrahiminin 100 illik yubileyi qeyd edilib VİDEO

Bakı, 24 noyabr, AZƏRTAC 

Noyabrın 24-də Beynəlxalq Mətbuat Mərkəzində 1945-1946-cı illərdə Azərbaycan Milli Hökumətinin baş prokuroru olmuş Firidun İbrahiminin 100 illik yubileyinə həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi və Azərbaycan Demokrat Firqəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə “21 Azər” hərəkatının iştirakçıları, tədqiqatçılar, alimlər, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri, media təmsilçiləri iştirak ediblər.

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri Rəhim Hüseynzadə tədbiri açdıqdan sonra Firidun İbrahimiyə həsr edilən “Qartal ömrü” sənədli filmi nümayiş olunub.

AMEA-nın Şərqşünaslıq İnstitutunun professoru Səməd Bayramzadə Firidun İbrahiminin həyatı və fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Bildirilib ki, F.İbrahimi XX əsr tarixinin görkəmli ziyalısı, hüquqşünas, partiya işini mükəmməl bilən bir şəxsiyyət idi. O, vətəninə bağlı, onun inkişafı üçün çalışan, xalqını sevən bir ailədəndir. Çox qısa şüurlu ömrünü Azərbaycanı, millətini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, milli kimliyini, milli varlığını dünyaya tanıtdırmağa həsr edib. İstər ədəbi-bədii, istər elmi-publisistik, istərsə də Paris Sülh Konfransında iştirakı zamanı qələmə aldığı qeydlərində ardıcıl olaraq azərbaycanlılıq düşüncəsinin inkişafına, onun təbliğinə və təntənəsinə xüsusi diqqət yetirib, bu yolda əlindən gələn bütün səyləri ortaya qoyub.

Qeyd edilib ki, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Milli Məclisinin nümayəndəsi, Milli Hökumət zamanında Azərbaycanın baş prokuroru olmuş Firidun İbrahimi hər zaman elmə böyük marağı, dərin zəkası, istedadı ilə seçilib. Tehranda təhsil aldığı dövrdə o, hüquq elminin bütün əsaslarını mənimsəyib. Qazandığı biliklər Milli Hökumətin bütün qərarlarının və qanunlarının hazırlanmasında böyük rol oynayıb.

Firidun İbrahiminin müxtəlif mətbuat orqanlarındakı fəaliyyətindən də ətraflı bəhs edən S.Bayramzadə diqqətə çatdırıb ki, 1943-cü ildə Seyid Cəfər Pişəvərinin vasitəsilə “Ajır” qəzeti təsis olunduqdan sonra o, bu nəşrlə əməkdaşlığa başlayıb və redaksiya heyətinin üzvü seçilib. Məqalələrində imperializmi, onun yerli əlaltılarını ifşa edib. Kəndli-mülkədar münasibətlərində və digər məsələlərdə qanunazidd halların qarşısının alınmasında mühüm xidmətlər göstərib. Paris Sülh Konfransında iştirak edən Firidun İbrahimi Azərbaycan Milli Hökumətini beynəlxalq arenada təmsil edən ilk şəxs olub.

Azərbaycan Milli Hökumətinin süquta uğradıldığı bir vaxtda xalqa müraciət edən Firidun İbrahimi qısa zaman ərzində 10 minə yaxın könüllünü ətrafında birləşdirə bilib. Lakin bu 10 min silahsız insan Tehrana gələn qoşunlara qarşı mübarizə apara bilməzdi. Beləliklə, F.İbrahimi həbs olunaraq edam edilir. Edamdan iki gün əvvəl Firidun İbrahimi Paris Sülh Konfransına gedərkən aldığı kostyumun zindana göndərilməsini istəyib. 1947-ci il mayın 23-də Firidun İbrahimi həmin libasda Təbrizin Səttarxan xiyabanına, “Gülüstan” bağının qarşısındakı meydana gətirilib. Edam olunan zaman onun son sözləri bu olub: “Yaşasın Azərbaycan! Yaşasın azadlıq! Məhv olsun istibdad! Yaşasın İran xalqlarının birliyi!”.

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin idarə heyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru Ədilə Çernikbulənd Firidun İbrahimi ilə bağlı xatirələrindən söz açıb. Qeyd edib ki, o, son dərəcə mədəniyyətli, nəzakətli, davranışı ilə hamıya nümunə olan böyük şəxsiyyət Firidun İbrahimini ilk dəfə Azərbaycan Demokrat Cavanlar Təşkilatının 1946-cı ildə Təbrizdə keçirilən birinci qurultayında görüb. O, qurultayda qısa çıxış etsə də səsləndirdiyi fikirlər böyük maraqla və alqışlarla qarşılanıb.

AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli çıxış edərək Firidun İbrahiminin fədakar fəaliyyətindən, vətənpərvərliyindən danışıb. Bildirilib ki, Firidun İbrahimi XX əsrin görkəmli ziyalısı, hüquqşünası, partiya işini mükəmməl bilən, eyni zamanda, vətəninə bağlı olan, onun inkişafı üçün çalışan, xalqını sevən, elmə böyük maraq göstərən, dərin zəkası, qeyri-adi istedadı ilə hər zaman fərqlənən mübariz bir şəxsiyyət olub. O, Tehran Universitetində ali təhsil alarkən hətta hüquq elminin əsaslarını elə bir formada mənimsəyir ki, bu da Milli Hökumətin bütün qərar və qanunlarının hazırlanmasında mühüm rol oynayır. Azərbaycan Milli Hökumətinin tarixində böyük iz qoyan Firidun İbrahimi sonrakı nəsillər üçün əsl şəhidlik nümunəsi yaradıb. Ona görə də bu cür şəxsiyyətlərin fəaliyyətləri dərindən öyrənilməli və gələcək nəsillərə çatdırılmalıdır.

Digər çıxış edənlər də Firidun İbrahiminin həyatından, onun mübarizəsindən, göstərdiyi fədakarlıqlardan danışıblar. Bildirilib ki, Azərbaycan Milli Hökumətinin baş prokuroru təyin edilən F.İbrahimi məsələlərə obyektiv yanaşması, qanunu, ədaləti üstün tutması, haqqı tapdananların yanında olması ilə dərin rəğbət qazanıb.

Sonda Firidun İbrahiminin 100 illik yubileyinə həsr olunmuş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Azərbaycan Milli Hökumətinin baş prokuroru olmuş Firidun İbrahiminin 100 illik yubileyi qeyd edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib