DÜNYA


Türkiyədə təhlükəli terrorçu Şerif Yakut məhv edilib

Ankara, 19 iyun, AZƏRTAC

Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin Bitlis bölgəsində həyata keçirdiyi antiterror əməliyyatında daha bir təhlükəli terrorçu məhv edilib.

AZƏRTAC xəbər verir ki, əməliyyat zamanı öldürülən "Ali Piling" ləqəbli Şerif Yakut Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub. Ş.Yakutun ələ keçirilməsi üçün hökuməti 4 milyon lirə (təxminən 700 min ABŞ dolları) pul mükafatı ayırmışdı. Bildirilir ki, o, Diyarbəkir, Batman, Bitlis, Muş, Elazığ ve Bingöl bölgələrində bir sıra terror aktlarının törədilməsi üçün təlimatlar verib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.