Azərbaycan Dövlət İnformasiya Agentliyi

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası davam edib YENİLƏNİB VİDEO

29 irs nümunəsi UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb

Bakı, 8 iyul, AZƏRTAC

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 8-də öz işini davam etdirib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev iştirakçılara plenar iclasdan əvvəl keçirilmiş Büro iclası barədə məlumat verib. Bildirib ki, Büro iclasında bu günlər ərzində görülən işlər, qəbul edilən qərarlar müzakirə edilib. Sessiyaya təqdim edilmiş qərar layihələri, üzv dövlətlər tərəfindən edilən əlavə və düzəlişlər müzakirə olunaraq gündəliyə salınıb.

Nazir bildirib ki, ötən müddətdə Bakı sessiyasında 29 nominasiya UNESKO-nun siyahısına salınıb, bir fayl geri götürülüb. Bununla da UNESKO-nun Ümumdünya İrs Siyahısında yer alan mədəni irs nümunələrinin sayı 1121-ə çatıb.

Sonra gündəlik üzrə məsələlərə baxılıb.

Keniyanın 2001-ci ildə UNESKO siyahısına salınmış Lamu şəhərinin vəziyyəti müzakirə olunduqdan sonra qərara düzəlişlərin edilməsi gələn sessiyayadək təxirə salınıb.

"Tarixi şəhərlərdə turizm" ilə bağlı Beynəlxalq Memarlar İttifaqının (BMİ) Azərbaycanda keçirilmiş konfransında qaldırılan məsələlər barədə məlumat verilib. Bildirilib ki, BMİ bununla bağlı xüsusi təlimat hazırlayır.

Sonra Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) nümayəndəsi hesabatla çıxış edib. Hesabatda üzv dövlətlər, məşvərətçi orqanlar ilə əməkdaşlığın müsbət təsirindən söz açılıb. Məruzəçi qeyd edib ki, ekspertlər təbii fəlakətlərin idarə olunması, iqlim dəyişikliyinin Ümumdünya İrs Siyahısına daxil edilmiş təbiət və mədəniyyət abidələrinə təsirini azaltmaq üzərində çalışırlar.

İclasda UNESKO-nun 2-ci kateqoriya mərkəz və qurumlar ilə əməkdaşlıq perspektivləri də müzakirə edilib. ICCROM təmsilçisi çıxışlardan sonra söz alaraq bacarıqların idarə olunması üzrə nəzərdə tutulan bütün tədbirləri həyata keçirmək üçün maliyyə vəsaitinin kifayət qədər olmadığını bildirib. Qurumun Afrika ölkələri üçün xüsusi proqramın hazırlanması barədə məlumat verilib və gənclərin bu işə cəlb olunmasının vacibliyi qeyd edilib.

UNESKO-nun Ümumdünya İrsi Mərkəzinin direktoru xanım Mextild Rössler səsləndirilmiş fikirləri yekunlaşdıraraq bildirib ki, əgər bütün ölkələr bacarıqların və sahələrin idarə olunmasına qoşularsa iş rahat, nailiyyətlər çox olar.

Xırda düzəlişlərdən sonra qərar qəbul edilib.

Bildirilib ki, hazırda UNESKO-nun Ümumdünya İrs Siyahısında 1121 nominasiya yer alır. Bunlardan 869-u mədəni, 213-ü təbi, 39-u qarışıq irs nümunəsidir. Bakıda Afrika, ərəb ölkələri, Avropa və Şimali Amerikaya məxsus ümumilikdə 29 irs nümunəsi siyahıya salınıb. Bir fayl geri götürülüb, biri isə qəbul edilməyib. Bildirilib ki, gələn il keçiriləcək 44-cü sessiyada 160-dan çox sahənin siyahıya daxil edilməsinə baxılacaq.

Növbəti sənəd “Təhlükə altında olan dünya irs siyahısı” barədə olub. Qərar layihəsində diqqətə çatdırılıb ki, sessiyada Çilidəki Humberstone və Santa Laura duz mədəni və Betlehem kilsəsi (Fələstin) təhlükə gözləyən abidələr siyahısından çıxarılıb.

Xanım Rössler əlavə olaraq deyib: “Dünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiyaya (1972) əsasən, Dünya İrs Mərkəzinə maddi yardım edilərsə, biz yoxsul ölkələrə abidələrin qorunması üçün maliyyə dəstəyi göstərə, bu yolla da təhlükə gözləyən abidələr siyahısını təzələyərək qısalda bilərik. Həqiqətən də elə ölkələr var ki, maliyyə çətinlikləri üzündən öz abidələrini bərpa edə, illərlə təhlükə siyahısından çıxara bilmirlər”.

Mövzu müxtəlif aspektlərdən geniş müzakirə edilib. Müzakirələrdən sonra təklif edilən dəyişikliklər qərar layihəsinə əlavə olunub.

Günün ikinci yarısında üzv dövlətlər ilə Ümumdünya İrs Komitəsi və məşvərətçi orqanlar arasında əməkdaşlığın protokol, prosessual qaydalarına dair yeni qərar layihəsi müzakirə edilib. Əsas müzakirə mövzusu komitənin növbəti sessiyasında müzakirəyə çıxarılacaq nominasiya ilə bağlı olub. Vurğulanıb ki, bununla bağlı son məlumatlar gələn il fevralın 28-dək məşvərətçi orqanlara çatdırılmalıdır. Nümayəndə heyətləri qərar layihəsinə əlavə edilmək üçün səmərəli təkliflər irəli sürüblər. Bənd-bənd müzakirə edilən qərar qəbul edilib.

Müzakirə edilən ikinci layihə Asiya, Afrika, ərəb dövlətləri qrupu, Karib dənizi ölkələri, Avropa və Şimali Amerika üzrə hesabatların dinlənilməsi ilə bağlı olub. İlk hesabatı Çin təqdim edib. Asiya və Sakit okean regionunda təhlükə altında olan məkanların ziyarət edilməsi və seminarların keçirilməsinin vacibliyi vurğulanıb.

Ardınca da Afrika və ərəb dövlətləri qrupunun hesabatları dinlənilib. Natiqlər görülən işləri kifayət qədər geniş əhatə etdikləri üçün hesabatlar irad bildirilmədən qəbul edilib. Ərəb qrupu üzrə məruzəçi hərbi münaqişələrdən əziyyət çəkmiş Liviya, Suriya və İraqdakı abidələrlə bağlı xüsusi monitorinqlərin aparıldığını bildirib. Karib və Latın Amerikası ölkələri üzrə məruzədə regionda baş vermiş təbii fəlakətlərin nəticələrinin öyrənildiyi, mədəni risk qrupuna daxil olan məkanların nəzərdən keçirildiyi vurğulanıb.

Avropa və Şimali Amerika regionu üzrə hesabat məruzəsində isə bildirilib ki, onlar 39-cu sessiyada qəbul edilmiş tədbirlər planı üzrə öz fəaliyyətlərini davam etdiriblər. Sonra katiblik bir il ərzində görülmüş işlər, mühüm sənədlərin alt regionların işlək dilə tərcümə edilməsi barədə məlumat verib. Hesabatlara əlavələr olmadığı üçün müzakirəsiz qəbul edilib.

Ümumdünya İrs Komitəsi və məşvərətçi orqanların hazırladıqları növbəti sənəd mədəni sahələrin siyahıdan çıxarılması proseduralarının təkmilləşdirilməsinə həsr olunmuşdu. Hesabat dinlənildikdən sonra Norveç, Burkina-Faso, Azərbaycan nümayəndələri öz fikirlərini bildiriblər. Sənəd qeyd-şərtsiz qəbul edilib.

İclasın sədri Əbülfəs Qarayev müzakirə olunan növbəti məsələni elan etdikdən sonra qarışıq nominasiyaların siyahıya daxil edilməsi üzrə proseslərdə irəliləyiş haqqında Ümumdünya İrs Komitəsi ilə ICOMOS-un birgə təqdimatı dinlənilib. Təkliflər nəzərə alınmaqla sənəd qəbul edilib.

Günün sonuncu təqdim edilən sənəd Ümumdünya İrs Komitəsinin siyasi sənədlər toplusu ilə bağlı olub. Bu toplunun onlayn variantı Koreya Respublikasının maliyyə dəstəyi ilə hazırlanıb. Sənəd təsdiq olunub.

Sessiya işini iyulun 9-da davam etdirəcək.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası davam edib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan