DÜNYA
Adriatik dənizi sahilində başlayan qasırğa İtaliyada güclü fəsadlara yol açıb
Roma, 12 iyul, AZƏRTAC
Adriatik dənizi sahilində başlayan güclü qasırğa İtaliyanın bir neçə regionunda güclü fəsadlara yol açıb.
AZƏRTAC İtaliyanın ANSA agentliyinə istinadla xəbər verir ki, ölkənin Abruçço regionunda yerləşən Peskara əyalətinə dolu yağıb, Ravenna şəhəri yaxınlığında isə 200 tarixi şam ağacı məhv olub. Romanya, Marke, Abruçço regionlarının bir çox sahillərində meydana gələn daşqınlardan sonra xeyli sayda insan zərər çəkib.
Bildirilir ki, yağan dolu avtomobillərə xəsarət yetirib, həmçinin Abruççonun sahilində yerləşən istirahət mərkəzinin damını qırıb. Daha sonra dolunun ardından güclü leysan yağışlarının yağması ilə Peskara şəhərinin küçələri su altında qalıb.
Abruçço regionun Peskara kommunasında azı 18 nəfər yağan dolu nəticəsində xəsarət alıb. Onlar xəstəxanalara çatdırılıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]