DÜNYA


Çində yük təyyarəsi xarab oldu, 200-ə yaxın uçuş təxirə salındı

Pekin, 25 avqust, AZƏRTAC

Çinin Nançan şəhər beynəlxalq hava limanında xarici şirkətlərdən birinə məxsus yük təyyarəsinin uçuş-enmə zolağında xarab olması 196 reysin ləğv edilməsi və gecikməsi ilə nəticələnib.

AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, yerli vaxtla gecə saat 3:00 radələrində havaya qalxmağa çalışan təyyarənin mühərriklərində nasazlıq yaranıb. Pilot qəza əyləc sistemini işə salaraq təyyarəni dayandırıb. Bu zaman təyyarənin şassiləri partlayıb və zolağın asfalt örtüyü zədələnib. Nəticədə hava limanında təyyarələrin enməsi və qalxmasında fasilə yaranıb.

Təxminən 11 saat sonra nasaz təyyarə uçuş zolağından uzaqlaşdırılıb. Ondan sonra hava limanında uçuşlar bərpa olunub.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.