REGİONLAR
İsmayıllının Tircan kəndində yanğın baş verib VİDEO
İsmayıllı, 28 avqust, AZƏRTAC
Bu gün səhər İsmayıllı rayonunun Tircan kəndində kənd sakini Fəzail Məmmədova məxsus evdə və tövlədə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin İsmayıllı yanğından mühafizə hissəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hadisə yerinə 3 yanğınsöndürən maşın və 21 nəfərlik canlı qüvvə göndərilib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Bütün səylərə baxmayaraq, ümumi sahəsi 126 kvadratmetr olan yaşayış evinin və 300 kvadratmetrlik tövlənin damı və 700 ədəd ot bağlaması yanıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [12:09]
Sumqayıt teatrı yeni tamaşa hazırlayır
- 03.05.2024 [11:39]
Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar
- 03.05.2024 [11:04]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək
- 03.05.2024 [00:46]
İsveçli rejissor Naxçıvanda film çəkəcək
- 02.05.2024 [17:57]