İDMAN
Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək
![Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək](/files/2024/2/1200x630/17147267224704631777_1200x630.jpg)
Bakı, 3 may, AZƏRTAC
Azərbaycan Şahmat Federasiyası (AŞF) ilə Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə növbəti dəfə “Baku Open - 2024” beynəlxalq şahmat festivalı təşkil ediləcək.
AŞF-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 100 illiyinə həsr edilən turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İştirakçıların son siyahısı iyunun 15-dək müəyyən ediləcək.
Bakı İdman Sarayının ev sahibliyi edəcəyi festivalın ümumi mükafat fondu 50 000 ABŞ dollarına bərabərdir.
Qeyd edək ki, iyunun 29-da start götürəcək “Baku Open - 2024” beynəlxalq şahmat festivalı iyulun 7-də yekunlaşacaq.
Turnirin baş hakimi AŞF-nin vitse-prezidenti Faiq Həsənov olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.06.2024 [23:01]
Avro-2024: Çexiya - Türkiyə oyunu başlayıb
- 26.06.2024 [22:49]
Azərbaycan güləş millisi komanda hesabında Avropa çempionu olub
- 26.06.2024 [22:36]
Avro-2024: 1/8 finalın daha 3 iştirakçısı məlum olub
- 26.06.2024 [22:04]
Avro-2024: Çexiya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb
- 26.06.2024 [20:32]
“Neftçi” və “Sabah” klublarının loqoları yenilənib
- 26.06.2024 [18:55]