Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elmimizə istiqamət verən görkəmli alim – akademik İsa Həbibbəyli

Elmimizə istiqamət verən görkəmli alim – akademik İsa Həbibbəyli

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin 70 yaşı tamam olur.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın “Elmimizə istiqamət verən sanballı alim” sərlövhəli məqaləsində İsa Həbibbəylinin Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında müstəsna xidmətlərindən, səmərəli elmi axtarışları ilə humanitar və ictimai elmin inkişafına verdiyi sanballı töhfələrdən bəhs olunur. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli haqqında bu məqaləni yazarkən, ilk növbədə, mənim də düşündüyüm və Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, professor Yusif Seyidovun İsa müəllimin barəsində söylədiyi bir fikri yadıma düşdü: “... Bu görkəmli alimin elmi yaradıcılığı o qədər geniş və sanballıdır ki, onu açmaq, onu əhatə etmək, ona layiq söz demək mənim üçün çox çətindir...”.

Professor Yusif Seyidovun bu fikirlərinə mən onun 90 illik yubileyi münasibətilə yazı hazırlayarkən yaradıcılığı ilə tanışlıq zamanı rast gəlmişdim. Əlbəttə, hələ yeniyetmə və gənclik illərindən bədii yaradıcılığa, elmi araşdırmalara nüfuz edən, uşaq yaşlarından fitri istedadını nümayiş etdirən, dərin biliyi, zəkası, intellekti, zəhmətkeşliyi, təşkilatçılığı, milli mədəniyyətimizin, ədəbiyyatımızın inkişafının zəruriliyini dərk edən və bunlara dəyərli, qiymətsiz töhfələr verən, yuxusuz gecələr hesabına, çətin yollarla elmin zirvəsinə ucalan, müasir dövrdə siyasi xadim kimi öz sözünü deyən fenomen bir şəxsiyyət, təmənnasız, obyektiv, ziyalılıq təcəssümü olan insan - akademik İsa Həbibbəyli yaradıcılığını tam əhatə etmək biz gənc alimlər üçün daha çətindir. Buna görə ciddi araşdırmalar aparmaq, alimin həyat və yaradıcılığına dərindən bələd olmaq, əsərlərini oxuyub mütaliə etmək lazımdır.

Akademikin monoqrafiya, kitab və elmi məqalələri isə kifayət qədərdir. Onların sayı 1500-dən artıqdır. Bu, böyük rəqəmdir. Bəlkə də dünyada elə bir alim yoxdur ki, onun bu qədər qələm məhsulu olsun. Özü də hər bir məqalədə, kitabda yenilik, elmi nailiyyət olsun. Akademik İsa Həbibbəylinin hətta kiçik məqaləsində, qısa çıxışında belə bu amillər açıq-aydın nəzərə çarpır. Bunu görkəmli ədəbiyyatşünasın mətbuat səhifələrində vaxtaşırı dərc olunmuş məqalələrindən, ölkəmizin nüfuzlu nəşriyyatlarında və xaricdə nəşr olunmuş kitablarından, mötəbər məclislərdə etdiyi çıxışlardan görmək olur. Bunu hamı görür, dərk edir. Ona görə də özünün davranışı, istedadı, nailiyyətləri ilə hələ gənc yaşlarından həm el ağsaqqallarının, həm də elm korifeylərinin sırasına daxil olması elm, təhsil adamlarının da, ictimaiyyət nümayəndələrinin də, siyasətçilərin, hətta sadə insanların da akademikin yaradıcılığına, keçdiyi şərəfli yola marağını artırmışdır. Bəlkə də, bu insanların çoxu bunu elə İsa Həbibbəylinin özündən götürmüşdür. Çünki akademik İsa Həbibbəyli elmdə, təhsildə, ictimai sahədə nüfuz qazananlar, öz yaradıcılıqları ilə diqqət çəkən ziyalılarımız haqqında daim söz deyən, qayğısını əsirgəməyən şəxsiyyətdir. Bütün bunlara görə də akademikin ömürnaməsi ilə müəyyən qədər tanış olan hər kəs onun barəsində xoş sözlər demək istəyir. Bunu hörmətli alimimiz haqqında kütləvi informasiya vasitələrində, televiziya kanallarında gedən çoxsaylı yazılardan, verilişlərdən də görürük.

Akademik İsa Həbibbəyli, yuxarıda qeyd etdiyim kimi, hələ uşaq yaşlarından - orta məktəbdə oxuyarkən yaradıcılıq mühitinə qədəm qoyub. 1949-cu il oktyabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində müəllim ailəsində anadan olmuş İsa Həbibbəyli hələ 9-cu sinifdə oxuyarkən Oğlanqala kənd orta məktəbində Xalq şairi Səməd Vurğunun “Vaqif” pyesi əsasında hazırlanmış tamaşada iştirak edib. Elə həmin ildə o, “Gülümov” adlı səhnə əsəri yazıb. Əsər doğma kəndində özünün və şagird yoldaşlarının iştirakı ilə tamaşaya qoyulub.

İsa müəllim orta məktəbdə və institutda oxuyarkən dövri mətbuatda xeyli məqaləsi, şeirləri dərc edilib. “Azərbaycan pioneri”, “Şərq qapısı”, “Zəfər”, “Gənc müəllim” qəzetləri onun məqalələrini o dövrdə oxuculara təqdim edən mətbu orqanlardan idi. Bədii yaradıcılığa erkən başlayan İsa Həbibbəyli biliyini günbəgün artırmağa səy göstərib və bunun bəhrəsini görüb. Pillə-pillə yüksələrək ədəbiyyatşünaslıq elminə, ictimai-siyasi dairələrə, ümumiyyətlə, Azərbaycan elminə, təhsilinə verdiyi dəyərli töhfələrə görə qürur hissi keçirir. İsa müəllimin uğurlarına, yaradıcılığına xalqımızın demək olar ki, bütün zümrələri - elm adamları, ədəbi mühitin, ictimaiyyətin nümayəndələri, siyasətçilər, təhsil işçiləri və başqa sahələrin təmsilçiləri yaxından maraq göstərirlər.

Akademik İsa Həbibbəylinin həyat və yaradıcılığının bütün mərhələləri diqqət çəkir. Onu orta məktəb illərindən akademikliyədək aparan şərəfli yola nəzər saldıqda bunu açıq-aydın görmək olur. İsa müəllim ictimai işlərdə də, elmi araşdırmalarda da, təhsil quruculuğunda da əzmkarlıq göstərib, bilik və bacarığını, istək və qabiliyyətini əsirgəməyib. Onun məqsədi, məramı xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, elmimizin, mədəni irsimizin, ədəbiyyatımızın inkişafına töhfələr vermək, yeniliklər gətirmək olub. Alim bu sahələrdə böyük uğurlar, gözəl nailiyyətlər qazanıb. Bax bu dəyərli amillər akademik İsa Həbibbəylini yüksək zirvələrə ucaldıb. Onun bu zirvədə mayak kimi işıq saçmağa tam haqqı var.

Nadir istedada malik İsa müəllim universal şəxsiyyətdir. Belə xüsusiyyət hər kəsdə olmur. Bunu böyük alimi, səriştəli siyasətçini, bacarıqlı təşkilatçını, qabiliyyətli insanı Yaradan ona bəxş edib. Akademik İsa Həbibbəyli müstəqil həyata qədəm qoyandan elmi araşdırmalarla ictimai işlərə fərq qoymayıb. Bu iki istiqamət onun yaradıcılığının əsas qayəsi olub.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının (indiki Naxçıvan Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirən İsa Həbibbəyli hələ tələbəlik illərindən həm elm, həm də ictimai sahədə ilk addımlarını atıb. O, 1968-ci ildə respublikamızın paytaxtında keçirilən pedaqoji ali məktəb tələbələrinin ümumittifaq konfransında geniş məruzə ilə çıxış edib, diplomla təltif olunub.

İsa Həbibbəyli ali təhsil aldıqdan sonra bir il Şərur rayonunun Danzik səkkizillik məktəbində ana dili və ədəbiyyat müəllimi işləyib. 1971-ci ildə hərbi xidmətə çağırılıb, tərxis olunandan sonra - 1973-cü ildə Azərbaycan Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qiyabi aspiranturasına qəbul olunub. Aspirantura müddətində o, indiki Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim vəzifəsində çalışıb. İsa Həbibbəyli 1980-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb, 1990-cı ildə Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib. Onun 1996-cı ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müdafiə etdiyi “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusundakı dissertasiya işi tanınmış alimlər tərəfindən yüksək qiymətləndirilib və işin monoqrafiya şəklində nəşr edilməsi təklif olunub. Həmin il İsa müəllimə böyük etimad göstərilərək ona daha məsuliyyətli vəzifə təklif edilib və o, Naxçıvan Dövlət Universitetinin rektoru olub. 20 il bu vəzifəni ləyaqətlə daşıyan təşkilatçı-alim universitetin tərəqqi tapması üçün genişmiqyaslı işlər görüb. Onun minlərlə məzunu ictimai həyatımızın müxtəlif sahələrində mütəxəssis kimi fəaliyyət göstərir. Addım-addım yüksək və məsuliyyətli vəzifələrə irəli çəkilən İsa Həbibbəyli bir gün də olsun elmi yaradıcılıq işlərini kənara qoymayıb. O, təşkilati, idarəçilik işləri ilə yanaşı, elmi fəaliyyətini yüksək səviyyədə və dolğun şəkildə davam etdirib. Yaradıcılıq fəaliyyəti ilə siyasi baxışların, idarəçilik qabiliyyətinin vəhdətini özündə cəmləşdirən İsa Həbibbəylinin ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsi istiqamətində fəal iştirakı, hadisələrə real münasibət bildirməsi və çevikliyi daim diqqət çəkir. Bütün bu xüsusiyyətlərinə görə İsa Həbibbəyli əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, sonra isə Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilib və deputat kimi də öz vəzifəsini şərəflə yerinə yetirir. Hazırda isə Milli Məclisin Elm və təhsil komitəsinin sədridir.

İsa Həbibbəyli 1999-cu ildən “Əməkdar elm xadimi” adını fəxrlə daşıyır. Altı ildən çoxdur ki, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Eləcə də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna rəhbərlik edir. Yenilikçi alimin bu vəzifələrdə də novatorluğu diqqət çəkir. Müstəqillik dövrü Azərbaycan Milli Elmlər Akademiyasının yeni nizamnaməsi məhz İsa Həbibbəylinin sədrliyi ilə hazırlanıb və təsdiq olunub. Azərbaycançılıq konsepsiyasının hazırlanıb çap olunması da akademiklə bağlıdır. Direktoru olduğu Ədəbiyyat İnstitutunda həyata keçirdiyi islahatlar, yeni istiqamətlərin - Nizamişünaslıq, Azərbaycan mühacirət ədəbiyyatı, Ədəbi tənqid, Mətbuat tarixi və publisistika, Azərbaycan-Asiya ədəbi əlaqələri, Beynəlxalq əlaqələr, Təhsil şöbələrinin, Füzulişünaslıq bölməsinin və s. şöbələrin yaradılması ədəbiyyatşünaslıq elminin inkişafına, beynəlxalq əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Akademik İsa Həbibbəyli elmlə ideologiyanı, siyasi baxışları sintez edən, hadisələrə müdrikcəsinə münasibət bildirən alim, ictimai xadimdir. Ümummilli liderimiz Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin ideyaları İsa Həbibbəylinin yaradıcılığının ana xəttini təşkil edir.

Görkəmli alim İsa Həbibbəyli ən məhsuldar, ən fədakar elm fədaisidir. Yuxarıda qeyd etdiyimiz kimi, çoxsaylı monoqrafiya, kitab, elmi məqalə, publisistik yazı müəllifi olan bu böyük ziyalının hər bir əsərində yeni fikrin, sözün, dərin təhlilin, ümumiləşdirmənin şahidi olursan. İsa Həbibbəylinin monoqrafiya və kitabları, elmi əsərləri barədə respublikamızın görkəmli alimləri, söz sahibləri, ədəbi mühitin nümayəndələri ətraflı təhlillər aparıb, mətbuat səhifələrində geniş məqalələrlə çıxış ediblər.

Professor Yusif Seyidovun akademik Nizami Cəfərovun redaktorluğu ilə 2009-cu ildə “Elm-Təhsil” nəşriyyatında nəşr olunmuş “Akademik İsa Həbibbəyli” adlı monoqrafiyası akademikin həyat və yaradıcılığına işıq salan ən dəyərli mənbədir. Müəllif İsa müəllimin bir ədəbiyyatşünas alim, ictimai xadim kimi çoxcəhətli fəaliyyətini geniş işıqlandırıb. O, bir sıra ibrətamiz nümunələr gətirərək qeyd edir ki, tarixin çox maraqlı və qəribə həqiqətləri var. İstedadın ilk cücərtiləri lap kiçik yaşlardan özünü büruzə verir. İlk istedad görüntüləri sonradan inkişaf edir, böyüyür. İsa Həbibbəylinin yaradıcılıq yolu da öz başlanğıcını həyatının ilk çağlarından alıb.

Beynəlxalq aləmdə də tanınan İsa Həbibbəyli respublikamızı, elmimizi xarici ölkələrdə ləyaqətlə təmsil edən alimlərimizdəndir. O, on illərdir ki, xarici dövlətlərdə keçirilən konfrans və simpoziumlarda, konqres və qurultaylarda özünün zəngin, elmi-nəzəri çıxışları ilə ölkəmizin, elmimizin, mədəni irsimizin inkişafı, respublikamızın ümumi tərəqqisi barədə məlumatlar verir, müsbət fikirlər yaradır. Akademikin Rusiyada, Türkiyədə, Fransada, Çində, İranda, Misirdə, Almaniyada, Bolqarıstanda, Polşada, Macarıstanda və bir çox başqa xarici ölkələrdə müxtəlif vaxtlarda baş tutan elmi məclislərdə etdiyi məzmunlu çıxışları respublikamızın tərəqqisinə, elmimizin inkişafına, ölkəmizdə tolerantlığın bərqərar olunmasına həsr edilib.

Akademik İsa Həbibbəyli müxtəlif beynəlxalq elmi qurumların üzvüdür. O, həmin təşkilatlarda da respublikamızı layiqincə təmsil edir.

Görkəmli alim İsa Həbibbəyli sadə, səmimi, salamlı-kəlamlı insandır. Biliyə, bacarığa qiymət verən alimdir. Gənclərə qayğı göstərən ziyalıdır. Professor Yusif Seyidovun təbirincə desək, İsa müəllim cücərtisi olan gənclərin elmə cəlb olunmasına diqqətlə yanaşır. Bu xüsusiyyətlərin biz şahidiyik.

Ədəbiyyat və Dilçilik institutları eyni mərtəbədə yerləşir. İş otaqlarının qapıları eyni dəhlizə açılır. Akademik İsa Həbibbəyli dəhlizə çıxarkən qarşılaşdığı əməkdaşlarla həmişə salamlaşar, hal-əhval tutar. Bu, əlbəttə, kökdən, nəsildən gələn tərbiyədir, insanlara nümunədir. Akademik İsa Həbibbəyli təkcə öz istedadına güvənən alim deyil. Professor Yusif Seyidovun təbirincə desək, İsa müəllim sələflərinin mənalı həyat yollarını böyük həvəs və inadla öyrənən, onların yaradıcılığına nüfuz edən araşdırıcıdır, böyük novator alimdir. Onun Mustafa Kamal Atatürk və Heydər Əliyev, görkəmli alimlər - Yusif Məmmədəliyev, Zərifə Əliyeva, Cəfər Cəfərov, Məmməd Cəfər Cəfərov barədə yazdığı məqalələr müsbət dəyərləndirilir. İsa Həbibbəyli klassiklərin də, öz müasirlərinin də yaradıcılığına eyni dərəcədə yanaşır, obyektiv fikir söyləyir. Görkəmli alim, həm də Mirzə Ələkbər Sabirin, Məhəmmədağa Şahtaxlının, Əli bəy Hüseynzadənin, Abbas Səhhətin, Hüseyn Cavidin yaradıcılığına nüfuz etməsi, XX əsr Azərbaycan ədəbiyyatına bir sıra yeniliklər gətirməsi ilə diqqət çəkir. Alimin Məmməd Araz, Anar, Elçin, Zəlimxan Yaqub, akademik Bəkir Nəbiyev, AMEA-nın müxbir üzvü Yaşar Qarayev, akademik Nizami Cəfərov, professor Kamran Məmmədov, filologiya üzrə elmlər doktoru, tənqidçi Vaqif Yusifli və başqalarının yaradıcılığı barədə qələmə aldığı məqalələr də elmi-nəzəri cəhətdən seçilən dolğun əsərlər sırasındadır.

Akademikin “Romantik lirikanın imkanları”, “Ədəbiyyat nəzəriyyəsi”, “Cəlil Məmmədquluzadə”, “Şəhriyar dünyası”, “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti”, “Ədəbi-tarixi yaddaş və müasirlik”, “Azerbaydjanskaya literatura naçala XX veka” (Moskva, “Triada”, 2008) və bir çox başqa fundamental əsərləri də ədəbiyyatımızı zənginləşdirən dəyərli mənbələrdir.

Nüfuzlu alim İsa Həbibbəylinin əməyi dövlətimiz, elmi qurumlar, beynəlxalq təşkilatlar, ictimaiyyət tərəfindən həmişə yüksək qiymətləndirilib. Böyük alim elmi və ictimai fəaliyyətinə görə 30-dan çox mükafata layiq görülüb.

“Əməkdar elm xadimi” fəxri adına, ABŞ-ın Bioqrafiya İnstitutu tərəfindən “İlin adamı” adına, Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Şöhrət” ordeninə, BMT-nin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnformasiyalaşdırma Akademiyası tərəfindən “Beynəlxalq informasiya aləminin elitası” mükafatı diplomuna və “Elmi istiqamətin rəhbəri” medalına layiq görülməsi və s. İsa Həbibbəylinin elmi, ictimai fəaliyyətinə verilən fəxri adların, diplom, orden və medalların müəyyən bir hissəsidir.

İnsan dövlət tərəfindən də, ictimai, elmi qurumlardan da çoxlu mükafatlar ala, müxtəlif orden və medallarla təltif oluna bilər. Belə mükafatlara layiq görülənlər gərək hiss etsinlər ki, onların təltifləri xalq tərəfindən də qəbul olunur. Akademik İsa Həbibbəylinin fəaliyyətinin, yaradıcılığının yüksək qiymətləndirilməsi geniş ictimaiyyət tərəfindən də iftixar hissi ilə qəbul edilir. Bu, insana verilən əvəzolunmaz dəyərdir!

Elmi fəaliyyəti daimi diqqət çəkən İsa Həbibbəylinin yaradıcılığına həm yerli, həm də xarici ölkələrin elm, təhsil adamları, yazıçı və şairləri, tənqidçiləri həmişə müraciət edir, geniş söhbət açırlar.

Ağamusa Axundov, Anar, Elçin, Nizami Cəfərov, Azad Nəbiyev, Əbülfəz Quliyev, Yusif Seyidov, Seyfəddin Altaylı, Vaqif Yusifli, Tehran Əlişanoğlu, Əlizadə Əsgərli və onlarca başqaları görkəmli alim İsa Həbibbəyli barədə fikir söyləyən ziyalılarımızdandır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ hakimiyyəti Dövlət Departamentində genişmiqyaslı islahatlar planlaşdırır

Vizual incəsənətə baxmaq rifaha müsbət təsir göstərə bilər

Misirdə baharın gəlişi münasibətilə “Şəm ən-nəsim” bayramı qeyd edilir

Tramp Rusiya və Ukraynanın bu həftə razılığa gələcəyinə ümid edir

Yeni tədqiqat beynin məlumatı necə öyrəndiyi və saxladığına dair anlayışlar təqdim edir

ABŞ Yaponiyaya daha iki strateji bombardmançı təyyarə göndərib

İsrail ordusu Livandakı “Hizbullah” hədəflərinə zərbələr endirib

Zelenskinin ofisi London danışıqlarında iştirakını təsdiqləyib

Ağstafada yük maşını aşıb, xəsarət alan var

Ukrayna Prezidenti atəşkəs üçün yeni format təklif edib

Göygöldə qəza: Ölən və xəsarət alan var

Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulub

Formula 1 üzrə Səudiyyə Ərəbistanı Qran-Prisinin qalibi məlum olub

Superliqa: “Fənərbağça” doğma meydanda xal itirib

Misli Premyer Liqasında XXXI tura yekun vurulub

Milli Gənc Tamaşaçılar Teatrında premyera - “Düyməcik”

Yüksək Liqa: "Xilasedici" bürünc medal uğrunda ilk oyunda "Neftçi"yə qalib gəlib

Premyer Liqa: London klubları səfərdə qalib gəliblər, “Mançester Yunayted” isə evdə məğlub olub

Peskov: Putin Pasxa atəşkəsinin uzadılması barədə göstəriş verməyib

Ukraynalı ekspert: Ukrayna və ABŞ birgə əməkdaşlıqda maraqlıdır

Azərbaycan Mədəniyyəti Avstriyada təbliğ olunur

İmişlidə Pasxa bayramı qeyd edilib VİDEO

İmişlidə Pasxa bayramı qeyd edilib VİDEO

Dillər Universitetində “Çin dili günü” qeyd olunub

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başa çatıb

Taleh Babayev: Binəqədi rayonunda baş verən yanğının ilkin səbəbləri araşdırılır VİDEO

Taleh Babayev: Binəqədi rayonunda baş verən yanğının ilkin səbəbləri araşdırılır VİDEO

Lahor-Bakı birbaşa aviareysi üzrə ilk uçuş həyata keçirilib

Beynəlxalq riyaziyyat müsabiqəsində şimal bölgəsindən 3 minə yaxın şagird iştirak edib

Binəqədi rayonunda yanğın səbəbindən bəzi küçələrdə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

FHN: Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb YENİLƏNİB 3 VİDEO

FHN: Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb YENİLƏNİB 3 VİDEO

Şamil Ayrım: Azərbaycan Prezidenti ADA Universitetində dediyi fikirlərlə qardaşlığın əməldə olduğunu bütün dünyaya göstərdi

Gürcüstanda Pasxa bayramı qeyd olunur

Binəqədidə baş verən yanğınla əlaqədar ərazidə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

Azərbaycanın avtomobil yollarında dumanla əlaqədar görünüş məsafəsi məhdudlaşacaq

Sabahdan DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq

Bakının Binəqədi rayonunda yanğın baş verib VİDEO

Bakının Binəqədi rayonunda yanğın baş verib VİDEO

Pasxa bayramı münasibətilə Lənkəranda mərasim təşkil olunub VİDEO

Pasxa bayramı münasibətilə Lənkəranda mərasim təşkil olunub VİDEO

Azərbaycan pravoslavları Pasxa bayramını qeyd edirlər VİDEO

Azərbaycan pravoslavları Pasxa bayramını qeyd edirlər VİDEO

Proqnoz: Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq

“Yeni Şafak” qəzeti: Fransa arxivləri erməni yalanlarını ifşa edir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd olunub

Milli Kitabxanada Əməkdar incəsənət xadimi Xanımana Əlibəyli və professor Azad Nəbiyev ilə bağlı kitab sərgiləri açılıb

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Almaniyada minlərlə insan Pasxa yürüşlərində sülh tələbi ilə nümayişlər keçirib

Premyer Liqa: Bu gün “Qarabağ”ın çempionluğu rəsmiləşə bilər

Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım edib

Omanda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının illik konfransı keçiriləcək

Yeni tədqiqat Yerdəki suyun mənşəyinə dair mövcud nəzəriyyəni təkzib edir

Beynəlxalq Kosmik Stansiyadan 3 nəfər Yerə qayıdıb

Sevimli musiqinin beynin opioid sistemini aktivləşdirdiyi sübut olunub - TƏDQİQAT

Bundesliqa tarixində yeni rekord

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur

İğdırdakı Azərbaycan diasporunun nümayəndələri Aralıq rayonuna səfər ediblər

Mahirə Hüseynova: Biz doğulduğumuz torpaqlara qayıtmaq istəyirik

Hüseyn İşıksal: Prezident İlham Əliyev Şimali Kiprin hüquqlarının müdafiəsinə böyük töhfə verir

Əziz Ələkbərli: 1948-1953-cü illərdə Qərbi Azərbaycandan 150 mindən çox soydaşımız deportasiya olunub

Mixail Qusman: Bakılı bəstəkarın yaratdığı əsərin yenidən Bakı tamaşaçısına qovuşmasına yalnız sevinə bilərəm

Almaniyanın Hessen əyalətində silahlı insident zamanı iki nəfər güllələnib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Zoluşka” operasının təqdimatında iştirak edib

Timur Vaynşteyn: Atamın yubileyi günlərində “Zoluşka” operasının premyerasının keçirilməsindən xoşbəxtəm

Sadıq Dadaşov Azərbaycan memarlığının parlaq səhifəsidir

Bundesliqa: “Bavariya” böyük hesablı qələbə qazanıb

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda ilk mükafatçılar müəyyənləşib

Avropa Azərbaycan Mərkəzi: Mədəni irs müharibənin obyekti olmamalıdır - BƏYANAT

Qurban Qurbanov: Builki səhvlərdən dərs çıxarıb, yeni mövsümə fərqli hazırlaşacağıq

Samir Abasov: Fərdi səhvlər məğlubiyyətə səbəb oldu

Sankt-Peterburqda Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib

Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”ni üç cavabsız qolla məğlub edib - YENİLƏNİB-3

Bakıda II Milli Təhsil Zirvəsi keçirilib

Premyer Liqa: "Mançester Siti" səfərdə üç xala sevinib

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda master-klas təşkil olunub

Ukrayna Pasxa bayramında 277 hərbçisini əsirlikdən vətənə qaytarıb

İsveçli perkussionist və bəstəkar Robert İkiz “Qavaldaş” adlı kompozisiyasını təqdim edib

Polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin xatirə kompleksini ziyarət edib

Rusiya Prezidenti Pasxa münasibətilə atəşkəs elan edib

Yer Günü ilə əlaqədar keçirilən festivalda 3500 litrə yaxın plastik butulka yığılıb YENİLƏNİB

FHN: İntensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir

Azərbaycan derbisində start heyətlər açıqlanıb

Energetika naziri Albaniyanın Korça şəhərinin qazlaşdırılması layihəsinin təqdimatında iştirak edib

Qaxda “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi-praktik konfrans keçirilib

Bu gün Bakının 550 küçəsi yuyulub

Voleybol üzrə Azərbaycan çempionatında üçüncü yer uğrunda ilk oyun keçirilib

Qubada 60-dan çox şagird sabah keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək: SƏBƏB

Fiqurlu konkisürmə üzrə komandalararası dünya çempionatının qalibi bəlli olub

Qazaxda 4 nəfər dəm qazından zəhərlənib VİDEO

Qazaxda 4 nəfər dəm qazından zəhərlənib VİDEO

Qərbi azərbaycanlının xatirələrindən - Ermənilər qədim qəbiristanlığı şumlayıb, bütün izləri sildilər

Mahir Emrelinin vurduğu qollar “Nürnberq”i məğlubiyyətdən xilas etməyib - YENİLƏNİB

Naftalanda beynəlxalq səhiyyə konfransı keçirilib

Yardımlı rayonunda zəlzələ olub

“Haber Global”: Çin, Fransa və ABŞ Türkiyənin Somalidəki kosmodromu ilə bağlı kəşfiyyat məlumatları toplayır

KİV: Türkiyə diasporu Niderland parlamentinin qərəzli mövqeyini pisləyib

Təhsildə innovativ həllərin təklifi yönündə keçirilən “EduHack 2025: Innovating the Future of Learning” hakatonuna start verilib

Aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparıldığı üçün nəqliyyat sıxlığı yaranıb

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ilk oyunları başa çatıb

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başlanır

Qazaxıstanda uşaqları daşıyan avtobus ağır qəza törədib

Qədim Şabran abidəsi ərazisində sərgi açılıb

Firəngiz Mütəllimovanın benefisi: "Varlı qadın" tamaşasının premyerası olub

AQTA rəsmisi: Şadlıq saraylarında zalların bər-bəzəyinə ayrılan diqqət mətbəxə, qidaların təhlükəsizliyinə yönəlməlidir