ELM VƏ TƏHSİL


UNEC-də Dövlət Bayrağı Gününə həsr olunan silsilə tədbirlər keçirilib

Bakı, 9 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunan silsilə tədbirlər keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, universitetin bütün fakültələrində təşkil olunan Bayraq Günündə tələbələrə üçrəngli bayrağımızın tarixi, onun əhəmiyyəti barədə məlumat verilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildiyi və bunun o dövr üçün çox cəsarətli bir addım olduğu vurğulanıb. Bayrağa, vətənə olan sevginin insanlara, xüsusilə gənclərə aşılanması kimi müqəddəs vəzifənin layiqincə yerinə yetirilməsində ən böyük örnəyin ulu öndər Heydər Əliyev tərəfindən göstərildiyi, bu ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib.

Tələbələr Bayraq Günü münasibətilə şeirlər səsləndirib, musiqilər ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.