AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib
Bakı, 3 may, AZƏRTAC
Mayın 3-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə səfərdə olan Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AIPA) Baş katibi Siti Rozaimeriyanti Dato Haji Abdul Rahman ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkəmizin ev sahibliyi ilə keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti, belə tədbirlərin mədəniyyətlərarası dialoqun inkişafında rolu, Milli Məclisin AIPA ilə əməkdaşlığı, Azərbaycanda qadın hüquqlarının tarixi, müasir Azərbaycanın inkişafında qadınların rolu, ölkəmizdə qadınların ölkə həyatının bütün sahələrində iştirakı, gender bərabərliyinə dair qəbul olunmuş qanunlar və qarşıda dayanan məsələlər barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da danışılıb, qonaqları maraqlandıran suallara cavab verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]