DÜNYA
Gürcüstanda içərisində Azərbaycan vətəndaşlarının olduqları sərnişin avtobusu yanıb
Tbilisi, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də səhər Batumi-Tbilisi istiqamətində hərəkət edən sərnişin avtobusu Kutaisi dairəvi yolunda yanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Acariya Televiziyası xəbər yayıb.
Şahidlərin verdikləri məlumata görə, avtobusda 50-dək sərnişin olub. Onların arasında Azərbaycan vətəndaşları da var.
Sərnişinlər vaxtında təxliyə olunublar.
Məlumata görə, avtobus Türkiyənin “Metro Georgia” şirkətinə məxsusdur.
Hələlik yanğının hansı səbəbdən baş verməsi barədə məlumat verilmir.
Qəzada vətəndaşlarımızın və ya soydaşlarımızın xəsarət almaları barədə Azərbaycanın Gürcüstandakı səfirliyinə və Batumidəki baş konsulluğuna heç bir məlumat daxil olmayıb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan vətəndaşları ilə bağlı hər hansı xəbər olarsa konsulluq dərhal həmin şəxslərin vəziyyəti ilə maraqlanacaq və onlara lazımi yardımlar göstəriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]
Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir
- 23.04.2024 [09:06]