Gömrükçülər pirotexniki vasitələr aşkar ediblər
Bakı, 19 noyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin (DGK) əməliyyat struktur bölmələri tərəfindən həyata keçirilmiş kompleks tədbirlər nəticəsində külli miqdarda pirotexniki vasitələr aşkar edilib.
DGK-dən AZƏRTAC-a bildirilib ki, gömrük əməkdaşlarının Göygöl rayonu ərazisindəki keçirdikləri tədbirlər nəticəsində 28 adda ümumilikdə 23 min 353 ədəd müxtəlif növ pirotexniki vasitələr aşkar edərək qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.11.2026 [17:27]
Bu ilin on ayında istehlakçılara qaytarılan vəsait açıqlanıb
- 19.11.2026 [16:32]