DÜNYA


Vladimir Zelenski Baş Nazirin istefasını qəbul etməyib

Kiyev, 18 yanvar, AZƏRTAC

Ukrayna Prezidenti Vladimir Zelenski Baş Nazir Aleksey Qonçarukla görüşüb.

AZƏRTAC Ukrayna Prezidenti Ofisinin mətbuat xidmətinə istinadla bildirir ki, Zelenski Baş Nazirin istefasını qəbul etməyib və Nazirlər Kabinetinin işinin daha da təkmilləşdirilməsi üçün göstərişlərini verib.

Görüşdə Nazirlər Kabinetinin fəaliyyətinin optimallaşdırılması, nazirlərə və məmurlara ədalətli maaşların verilməsi, həqiqi nəticə əldə etməyən nazirlərin vəzifədən azad edilməsi və parlamentlə dialoqun qurulması məsələləri üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, bu gün Baş Nazir A.Qonçaruk vəzifəsindən istefa verdiyini bəyan edib. Bir neçə gün öncə sosial şəbəkələrdə onun iştirakı ilə keçirilən müşavirənin gizli səs yazısı yayılıb. Səs yazısında A.Qonçaruk iqtisadiyyatda naşı olduğunu etiraf edib. Onun müşavirədə ölkə Prezidenti haqqında da fikirləri birmənalı qarşılanmayıb. Nazirlər Kabineti isə rəsmən qalmaqallı səs yazısının saxta olduğunu açıqlayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.