MƏDƏNİYYƏT
13 yaşlı azərbaycanlı qız NTV telekanalının efirində şərq rəqsi ifa edib VİDEO
Bakı, 23 oktyabr, AZƏRTAC
Rusiyanın NTV telekanalında “Tı super! Tansı” layihəsi davam edir. Bu layihənin növbəti turunun iştirakçılarından biri Sevda Fətullayeva ad-soyadlı 13 yaşlı azərbaycanlı qız olub.
AZƏRTAC xəbər verir ki, seçim turunda Sevda Fətullayeva plastika elementləri ilə zəngin olan şərq rəqsi ifa edib, lakin gənc rəqqasə bu layihənin növbəti mərhələsinə keçə bilməyib.
Layihənin münsiflər heyətinin üzvləri – xoreoqraf və teatr tamaşalarının rejissoru Yeqor Drujinin, Böyük Teatrın balerinası və aparıcı solisti Kristina Kretova, xoreoqraf Yevgeni Papunaişvili, teatr və kino aktrisası Anastasiya Zavorotnyuk Sevdanı növbəti layihələrdə görəcəklərinə ümid etdiklərini bildiriblər.
Xatırladaq ki, bu beynəlxalq müsabiqənin məqsədi Rusiyanın, digər MDB ölkələrinin və Baltikyanı dövlətlərin müxtəlif guşələrində valideyn qayğısından məhrum qalmış istedadlı uşaqları birləşdirmək və belə uşaqlara öz arzularını həyata keçirmək şansı verməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [17:43]
Brüsseldə Novruz şənliyi keçirilib
- 19.03.2024 [17:35]
UNESCO İcraiyyə Şurasının 219-cu sessiyası davam edir
- 19.03.2024 [17:32]
“Onun ölməyən dünyası” - İsmayıl Şıxlı
- 19.03.2024 [16:31]
"Xalqın mədəni sərvəti" layihəsi davam edir
- 19.03.2024 [16:21]
İçərişəhərdə bərpa olunmuş nadir fotolardan ibarət sərgi açılıb
- 19.03.2024 [15:47]
“Ulduz” jurnalının bu il üçün ilk sayı çapdan çıxıb
- 19.03.2024 [14:23]
"Qədim Şabran" abidəsində Novruz şənliyi VİDEO
- 19.03.2024 [13:29]