CƏMİYYƏT


Gürcüstanda xüsusi karantin rejimində olan soydaşlarımıza ərzaq yardımı edilib

Tbilisi, 10 aprel, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfirliyi və bu ölkədəki Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) Prezident İlham Əliyevin çağırışına qoşularaq soydaşlarımıza yardım kampaniyasını davam etdirir.

AZƏRTAC xəbər verir ki, aprelin 10-da səfirliyin təşəbbüsü və təşkilatçılığı, AZEBİ-nin maliyyə dəstəyi ilə Gürcüstanın xüsusi karantin rejimi tətbiq olunan Marneuli, Bolnisi və Dmanisi rayonlarında yaşayan soydaşlarımıza ərzaq yardımı verilib.

Yardım Marneuli rayonu ərazisindəki xüsusi buraxılış məntəqəsində Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşviliyə təqdim olunub.

Səfir Dursun Həsənov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan ən ağır günlərdə Gürcüstanın yanında olub. Heç bir zaman Gürcüstana dost və qardaş yardımını əsirgəməyib.

Diplomat Azərbaycan xalqının Ümummilli Liderinin gürcü xalqına daim xüsusi diqqət və qayğı göstərdiyini, bu siyasətin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini vurğulayıb.

Bildirib ki, bu gün Marneuli, Bolnisi və Dmanisidən olan 400 ailə üçün nəzərdə tutulmuş yardımlar Gürcüstan dövlətinin xüsusi nümayəndəsinə təqdim olunub. Aprelin 11-də isə Qardabani rayonu və Rustavi şəhərindəki aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan ailələrə yardım ediləcək.

Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili jurnalistlərə açıqlamasında göstərilən yardıma, diqqət və qayğıya görə, Azərbaycan Prezidentinə minnətdarlıq edib. Qubernator deyib ki, gürcü xalqı Azərbaycan dövlətinin bu diqqətini yüksək qiymətləndirir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.