REGİONLAR


Lənkəran Dövlət Dram Teatrında “Ruhlar” tamaşasının onlayn nümayişi olacaq

Lənkəran, 12 may, Bağır Əliyev, AZƏRTAC

Mayın 15-də Lənkəran Dövlət Dram Teatrı rəsmi “https://www.facebook.com/lenkeranteatr/” sosial şəbəkəsindən italyan dramaturqu Eduardo de Filipponun “Ruhlar” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşasını onlayn qaydada təqdim edəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, insanın həyatda yerini tapmaq uğrunda apardığı mübarizəni əks etdirən tamaşanın quruluşçu rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Telman Qəniyevdir.

Əsərin süjet xətti çox sadədir. Böyük, cazibədar bir malikanənin sahibi ruhlar barədə dolaşan şayiələr ucbatından bu malikanəni heç cür icarəyə verə bilmir. Nəhayət o, bütün bu şayiələrə son qoymaq üçün malikanəni təmənnasız olaraq yeni evlənmiş cütlüyə kirayəyə verir.

Qeyd edək ki, saat 19:00-da nümayiş etdiriləcək “Ruhlar” tamaşası ilə Lənkəran Dövlət Dram Teatrı 2014-cü ilin sentyabrında Şəkidə keçirilən Birinci Beynəlxalq Teatr Festivalında diplomla mükafatlandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.