ELM VƏ TƏHSİL
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda yaşıl gübrə əldə edilməsinin biznes planı hazırlanıb
Bakı, 18 iyun, AZƏRTAC
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu istixanalarda tullantı kimi yaranan yaşıl kütlənin təxmini miqdarı araşdırıb.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, həmin kütlədən xüsusi təsir gücünə malik yaşıl gübrə əldə edilməsinin biznes planı və layihəsi işlənib hazırlanıb. O qeyd edib ki, bu ətraf mühitin tullantı problemlərinin həllində kömək edəcək, eyni zamanda, kənd təsərrüfatında istifadə üçün ucuz başa gələn gübrənin əldə olunmasına imkan verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:05]
Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir
- 07.05.2024 [19:47]
“Yay məktəbi”nə ərizə qəbulu başlayır
- 07.05.2024 [19:07]