CƏBHƏ XƏBƏRLƏRİ


Ermənistan ordusu Goranboyda yaşayış məntəqəsinə iki ədəd "Smerç" raketi atıb VİDEO

Goranboy, 24 oktyabr, M.Əlioğlu, foto T.Babayev, AZƏRTAC

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlardan və artilleriya qurğularından ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Dinc əhalini və mülki infrastrukturu hədəfə alan düşmən Azərbaycanın şəhərlərinə, rayonlarına, kəndlərinə mərmilər və qadağan olunmuş bombalar atır.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, düşmənin Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinə atdığı iki ədəd "Smerç" raketi yaşayış evinin həyətinə düşüb və partlamayıb.

Xəsarət alan olmasa da, evə və yaxınlıqdakı tikililərə zərər dəyib.

Bu, Ermənistanın mülki şəxsləri məqsədyönlü şəkildə atəşə tutmasına daha bir sübutdur.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) bölmə rəhbəri Bəhruz Namazov deyib ki, ANAMA-nın təcili və təxirəsalınmaz əməliyyat axtarış qrupu əraziyə cəlb olunub və müvafiq tədbirlər görülüb. Hazırda raketlərin zərərsizləşdirilməsi istiqamətində işlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.