İQTİSADİYYAT


Gürcüstan Azərbaycandan neft və neft məhsulları idxalını 30,3 faiz artırıb

Tbilisi, 29 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanın neft məhsullarının idxalında artım qeydə alınıb. Hesabat dövründə Gürcüstan Azərbaycandan 48,6 milyon dollar dəyərində 160,1 min ton neft və neft məhsulları da idxal edib. Bu, illik müqayisədə 30,3 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilib ki, 9 ayda Gürcüstan Azərbaycandan 1 milyard 154,3 milyon kubmetr həcmində təbii qaz idxal edib. Bu göstərici 2019-cu ilin eyni ayları ilə müqayisədə 4,7 faiz azdır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.