REGİONLAR
Xaçmazda gizli şəkildə toy edənlər cərimələnib VİDEO

Xaçmaz, 11 fevral, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman restoranlardan birində gizli şəkildə toy mərasiminin keçirildiyini aşkar ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən toy dərhal dayandırılıb, məclisin təşkilatçısı və orada iştirak edən 50-yə yaxın şəxs barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Məclis iştirakçılarından 19 nəfərə cərimə protokolları tərtib olunub, qadınlar və azyaşlılarla isə profilaktiki söhbətlər aparılaraq karantin rejimi qaydalarına riayət etmələri barədə məlumat verilib.