Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Milli Teatr Günü qeyd edilib

Bakı, 10 mart, AZƏRTAC

Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin rəhbərliyi, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək Milli Teatr Gününü əhəmiyyətindən söz açıb, bununla əlaqədar hər il ölkəmizdə müxtəlif tədbirlərin təşkil olunduğunu qeyd edib: “Bu əlamətdar gün əvvəlki bayramlardan həm də ona görə fərqlənir ki, torpaqlarımız işğaldan azad edilib, bundan sonra Şuşada, Ağdamda, Füzulidə olan teatrlarımız bərpa ediləcək və doğma torpaqlarında fəaliyyətlərini davam etdirəcəklər”.

Xalq artisti vurğulayıb ki, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub.

Kollektivi bu gün münasibətilə təbrik edən Azər Paşa Nemətov, onlara yeni yaradıcılıq axtarışlarında uğurlar arzulayıb.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, bu gün peşəkar Azərbaycan teatrının 148 yaşı tamam olur. Lakin Azərbaycanda teatr sənətinin kökləri çox qədimdir. Xalqın əmək fəaliyyəti, həyat tərzi, dünyagörüşü, dini inam və inancları ilə bağlı olan bayramlar, ayin və mərasimlər, oyun və rəqslər hərəkət, xor və dialoq kimi teatr elementləri ilə zəngin olmuşdur. 1873-cü il mart ayının 10-da isə Azərbaycanda peşəkar teatrın əsası qoyulub. Həmin gün görkəmli ictimai xadim Həsən bəy Zərdabi və onun tələbəsi, dramaturq Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyası Bakıda realnı məktəbin tələbələri tərəfindən tamaşaya hazırlanıb.

Nazir diqqətə çatdırıb ki, zəngin və mürəkkəb tarixi yol keçən Azərbaycan teatrının müasir inkişaf səviyyəsinə çatmasında görkəmli dramaturqlar, aktyor və rejissorlar böyük rol oynayıblar. Həsən bəy Zərdabinin, Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun, Nəriman Nərimanovun, Hüseyn Cavidin, Cəfər Cabbarlının, İlyas Əfəndiyevin milli teatrın təşəkkülündə və inkişafında xidmətləri danılmazdır.

“Azərbaycan teatrı hər zaman qüdrətli aktyor məktəbi ilə fəxr edib. Realist aktyor məktəbinin banisi Cahangir Zeynalov, romantik aktyor məktəbinin yaradıcısı Hüseyn Ərəblinski, onların silahdaşları və davamçıları Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Sidqi Ruhulla, Mərziyə Davudova, Ələsgər Ələkbərov, Hökümə Qurbanova, Möhsün Sənani, Ağasadıq Gəraybəyli, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Məlik Dadaşov, Həsən Turabov, Fuad Poladov kimi korifey sənətkarların yaratdıqları bənzərsiz obrazlar milli teatra böyük şöhrət qazandırıb.

SSRİ Xalq artisti Adil İsgəndərovun ölkənin aparıcı teatrı funksiyasını daşıyan və milli teatr sənətinin ideya-bədii istiqamətini müəyyən edən Azərbaycan Dövlət Dram Teatrına baş rejissor təyin olunması ilə bu sənət ocağının repertuar siyasətində, yaradıcılıq üslubunda, janr axtarışlarında ciddi islahatlar başlanıb. Sonra Mehdi Məmmədovun, daha sonra Tofiq Kazımovun gəlişi ilə milli teatrda yeni forma və üslub axtarışları geniş vüsət alıb. 1980-ci illərin sonlarından başlayan milli azadlıq hərəkatı, 1990-cı ilin əvvəllərində baş verən 20 Yanvar hadisələri, Xocalı soyqırımı, Azərbaycan torpaqlarının 20 faizinin erməni işğalçıları tərəfindən zəbt edilməsi teatr prosesinə də təsir etmişdir. İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı doğma yurdlarından didərgin düşərək, fəaliyyətlərini qaçqın teatrlar kimi davam etdirmək məcburiyyətində qalıb”, - deyə Anar Kərimov söyləyib.

Nazir diqqətə çatdırıb ki, ən yeni tariximizin şanlı səhifələrini təşkil edən 44 günlük Vətən müharibəsində Ordumuzun və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qazandığı misilsiz Zəfər nəticəsində bu problem aradan qalxacaq, artıq adları çəkilən teatrlarımızın çoxu Mədəniyyət Nazirliyinin də dəstəyi ilə öz doğma yurd-yuvalarında fəaliyyətini davam etdirə biləcəklər: “Azərbaycanda teatr fəaliyyətinin hüquqi-normativ bazasının formalaşdırılıması da mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Ölkə Prezidentinin imzaladığı “Teatr və teatr fəaliyyəti haqqında” Qanun (2006), “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam (2007), “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı (2009) və digər sənədlər dövlətimizin teatr sahəsinə olan daimi diqqətini göstərir, teatr prosesinin inkişafına xidmət edir.

Multikultural dəyərlərin təşviq olunduğu ölkəmizdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı və Qax Dövlət Gürcü Dram Teatrı fəaliyyət göstərir. Beynəlxalq teatr konfranslarının, teatr festivallarının keçirilməsi, bir sıra teatrların xarici festival və qastrollarda iştirakı, həmçinin nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edilməsi milli teatrımızın dünya teatr məkanına inteqrasiyasını daha da sürətləndirib. Bu gün qlobal miqyasda böyük nüfuz qazanan, dünyanın qabaqcıl ölkələri ilə möhkəm iqtisadi, siyasi və mədəni əməkdaşlıq əlaqələri quran müstəqil Azərbaycanın incəsənəti, o cümlədən teatr sənəti özünün yeni inkişaf mərhələsinin astanasındadır. 2013-cü ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 10 Mart - Milli Teatr Günü kimi qeyd edilir”.

Çıxış edən digər qonaqlar Azərbaycan teatrının uğurlarından, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğunlaşdırlmasından söz açıblar.

Sonra bir qrup mədəniyyət xadiminə “Sənətkar” medalı təqdim edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, “Heydər Əliyev” ordeni laureatı, Xalq rəssamı Ömər Eldarov Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri üzvlüyünə qəbul edilib və “Sənətkar” medalı ilə təltif olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Zaqatalada arıçılar bal yarmarkasına hazırlaşırlar

Dominikanda Zəfər Günü münasibətilə konsert təşkil edilib

Lənkəranda ağacəkmə aksiyası çərçivəsində 2200 ting əkilib

Xətai rayonunda Zəfər konserti keçiriləcək

Mask: Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək

Avropadakı aviaşirkətlər daha çox bomba təhdidi ala bilər

Trampı öldürməklə hədələyən qanunsuz immiqrant Ağ Evin yaxınlığında saxlanılıb

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər turnirinə hazırlaşırlar

Londonda 8 Noyabr – Zəfər Günü qeyd edilib

NYT: Yeni aparat rəhbəri Trampı İranla müharibəni dayandırmağa çağırıb

“Politico”: ABŞ-nin NATO müttəfiqləri Avropanın təhlükəsizlik planlarından xəbərsiz olublar

Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

Roma Papası XIV Leo Cənubi Amerikanın üç ölkəsinə səfərə başlayıb

Almaniyada 400 minədək metallurgiya və elektrotexnika işçisi tətilə qoşulub

Dakar-2026: Çimərlik güləşində iki idmançımız mübarizəyə başlayır

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar

BMT: Hörmüz boğazında münaqişə nəticəsində 25 dənizçi həlak olub

Rubio G7 sammitində iştirak etmək üçün Parisə gedəcək

İstanbulda Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə olunub

Fransada etirazlar zamanı 70 min polis və jandarm xidmətə cəlb ediləcək

Qəbələdə Zəfər Gününə həsr olunan tədbirdə qəhrəmanlıq tariximizdən danışılıb

Savalan Mirzəyev: Azərbaycanın Zəfəri regionda sülhün və sabitliyin təminatıdır

Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Naxçıvanda “Sözümüz imzamızdır” və “Arı” kitablarının təqdimat mərasimi olub

Müharibə veteranı Taleh Qasımov: Zəfər Günü xalqımızın qürur mənbəyidir

Tramp Ağ Evin aparat rəhbərini dəyişir

SOCAR və “Honeywell Technologies” arasında Qlobal Çərçivə Sazişi imzalanıb

Tramp: İranın qarşısını almasaydım, İsrail və Yaxın Şərq mövcud olmazdı

Dmanisi Tədris Mərkəzində tədbir: “Zəfər səsləyir bizi”

Birinci Qarabağ müharibəsi qəhrəmanının obrazını göz yaşları ilə yaradan aktyor – Elnur Vəlizadə

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub VİDEO

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub VİDEO

“Neftçi” “Kəpəz”ə qalib gəlib

Beynəlxalq Çövkən Federasiyasına 7 yeni ölkə üzv qəbul edilib

“Zəfər sədası” müsabiqəsində ən yaxşı bədii qiraətçilər seçilib

Peşə təhsili müəssisələrinin təhsilverənləri üçün keçirilən ixtisasartırma təlimləri yekunlaşıb

Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında futbol turniri təşkil olunub

Xoreoqraf Şahar Binyamini: Azərbaycan rəqqasları çox istedadlıdırlar

AzTU-da “Şanlı Zəfər tariximiz” adlı tədbir: “Missiya” filmi nümayiş etdirilib

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

Nobel qardaşlarının Azərbaycan irsi Helsinkidə elmi müzakirə mövzusu olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb

ADPU-nun Quba filialında Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

AMEA-nın elmi müəssisələrində bal sistemi əsasında qiymətləndirmə mexanizmi təkmilləşdirilir

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib

Avropa Komissiyası: Çexiya miqrasiya təzyiqi təhlükəsi altında olan ölkələr sırasındadır

“Prezidentimizə söz verdim” – CAHANGİRBƏYLİDƏN REPORTAJ

Qələbənin sədası xalq çalğı alətlərində VİDEO

Qələbənin sədası xalq çalğı alətlərində VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib

Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər

Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər

Zəfər Günü Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin təcəssümüdür - ŞƏRH

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Cahangirbəylinin həyat ağacı - FOTOLAR

MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Ağstafada bir ailənin 3 üzvü zəhərlənib

Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib VİDEO

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib VİDEO

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub VİDEO

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub VİDEO

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək