DÜNYA


Dünyada fərdi kompüterlərə tələbat artıb

Bakı, 12 aprel, AZƏRTAC

“International Data Corporation” (IDC) şirkətinin topladığı statistikadan cari ilin birinci rübündə dünya bazarında fərdi kompüterlərin tədarük həcminin kəskin artması məlum olub.

AZƏRTAC xəbər verir ki, məlumatlarda masaüstü sistem, müxtəlif sinifli noutbuk, eləcə də iş stansiyalarının tədarükü nəzərə alınıb. “х86” arxitekturalı planşet və serverlər hesabatda nəzərə alınmayıb.

Hesabata görə, yanvar-martda qlobal miqyasda 83,98 milyon ədəd fərdi kompüter satılıb. Bu, tədarük həcminin 54,12 milyon ədədə bərabər olduğu 2020-ci ilin ilk rübü ilə müqayisədə 55,2 faiz çoxdur.

Analitiklər qeyd edirlər ki, elektron komponentlərin çatışmazlığına və təchizat kanallarının fəaliyyətinin pozulmasına baxmayaraq bazarda artım sürətli templərlə inkişaf edir. Müşahidə edilən mənzərə distant tədris və məsafədən iş şəraitində kompüterlər parkının genişləndirilməsi ilə izah olunur.

Aparıcı tədarükçülər reytinqində birinci yeri dünya fərdi kompüterlər sahəsinin dörddəbir hissəsinə (24,3 faiz) nəzarət edən “Lenovo” şirkəti tutub. Sonrakı mövqedə 22,9 faizlə “HP” qərarlaşıb. Liderlər üçlüyünü 15,4 faiz nəticə ilə “Dell” şirkəti tamamlayıb. Daha 8 faizə “Apple”, 7 faizə isə “Acer Group” sahib çıxıb. Beləliklə, bazarın digər oyunçularının ümumi payı təxminən 22,5 faiz təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.