CƏMİYYƏT


Yaponiyada yaşayan azərbaycanlılar soydaşlarımızı “YAŞAT” xeyriyyə marafonunda fəal iştirak etməyə çağırıblar

Tokio, 18 may, AZƏRTAC

Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi bu ölkədə yaşayan Azərbaycan icmasının üzvlərini və ölkəmizin dostlarını Azərbaycan Diasporuna Dəstək Fondunun və “YAŞAT” Fondunun birgə təşkil etdiyi “YAŞAT” xeyriyyə marafonunda fəal iştirak eməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, həm diaspor təşkilatının üzvləri, həm də digər həmvətənlərimiz şəxsi sosial şəbəkə hesabları və bu şəbəkələrdəki qruplar vasitəsilə dünya azərbaycanlılarına çağırışları paylaşaraq hər kəsi marafonda fəal iştiraka dəvət ediblər.

Xatırladaq ki, “YAŞAT” xeyriyyə marafonu 2021-ci il mayın 25-də Bakı vaxtı ilə saat 21:00-da Azərbaycan Televiziyası vasitəsilə canlı yayımlanacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.