REGİONLAR


Zərdabda küçələrə asfalt döşənir

Zərdab, 21 sentyabr, AZƏRTAC

Zərdab şəhəri ərazisində abadlıq və tikinti-quruculuq işləri mərhələli şəkildə davam etdirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəhərin Dədə Qorqud və Azərbaycan küçələrindən sonra Əfqan Ədilov küçəsində asfaltlanma işlərinə başlanılıb. Burada 3900 kvadratmetr sahəyə asfalt döşənəcək. Hazırda küçəyə birinci qat asfalt örtüyü vurulur. İşlərin tikinti norma-qaydalarına uyğun, keyfiyyətlə aparılması diqqətdə saxlanılır.

Küçələrdə səkilər təzələnir, abadlıq və yaşıllaşdırma işləri aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.