DÜNYA
Qrafiti-rəssam Benksi məşhur həbsxananı satın almaq istəyir
London, 8 dekabr, AZƏRTAC
Britaniyalı qrafiti-rəssam Benksi məşhur Riding həbsxanasını satın almaq istəyir.
AZƏRTAC xəbər verir ki, rəssam 19-cu əsrin məşhur yazıçılarından Oskar Uayldın saxlanıldığı Riding həbsxanasını almaq üçün 10 milyon funt təklif edib.
Benksi yazıçının saxlanıldığı həbsxananı sənət ziyarətgahına çevirmək istədiyini bildirib.
Məşhur ulduzlar da Benksinin bu qərarını dəstəkləyib. Rəssam bu ilin mart ayında Riding həbsxanasının divarına qaçmağa çalışan məhbusu təsvir etmişdi. Rəsmdə təsvir olunan yazı makinasından çıxan kağızlarla həbsxanadan qaçmağa çalışan adamın Oskar Uayld olunduğu düşünülür. Uayld iki il (1895-1897-ci illər) bu həbsxanada məhbus olub.
Qeyd edək ki, həbsxana kral I Henrix tərəfindən əsası qoyulmuş Riding monastırının yerində tikilib. l Henrinin də burada basdırıldığı və cəsədinin həbsxana divarları altında olduğu güman edilir. Həbsxana 2013-cü ildən bağlanıb. Həbsxananın bağlanmasını istəməyən bir qrup şəxs binanın sənət mərkəzinə çevrilməsinin tərəfdarıdır.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London