İQTİSADİYYAT
1995-2016-cı illərdə Azərbaycanın neft-qaz sektoruna 68,2 milyard ABŞ dollarından çox sərmayə yatırılıb
Bakı, 20 sentyabr, AZƏRTAC
1995-2016-cı illərdə Azərbaycanın neft-qaz sektoruna 68,2 milyard ABŞ dollarından çox sərmayə yatırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc edilən məqaləsində deyilir. Bildirilir ki, hazırda SOCAR 15 ölkənin 23 şirkəti ilə imzalanmış 17 Hasilatın Pay Bölgüsü Sazişində (HPBS) Azərbaycan dövlətini uğurla təmsil edir. Eyni zamanda, SOCAR-ın təsisçiliyi ilə yaradılan 36 birgə müəssisə, 6 alyans, xarici ölkələrdəki törəmə şirkətlərin fəaliyyəti neft və qaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edir. Birgə layihələrdə şirkətin əməkdaşlıq etdiyi xarici partnyorlar arasında BP, “Total”, “Petronas”, “TPAO”, “Chevron”, “Statoil”, “Lukoil” və digər dünya miqyaslı şirkətlər var. HPBS-lər çərçivəsində 1995-2016-cı illərdə Azərbaycanın neft-qaz sektoruna ümumilikdə 68,2 milyard ABŞ dollarından çox sərmayə qoyulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]