İQTİSADİYYAT
1995-2016-cı illərdə Azərbaycan Gürcüstana 3,4 milyard dollar investisiya yatırıb
Bakı, 29 oktyabr, AZƏRTAC
1995-2016-cı illərdə Azərbaycan tərəfindən Gürcüstana 3,4 milyard dollar investisiya yatırılıb. 2015-2016-cı illərdə Gürcüstana investisiya qoyuluşu üzrə Azərbaycan lider olub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Tbilisidə Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşündə bildirib.
“Hazırda Gürcüstanda 250-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir, Azərbaycanda isə artıq 243 Gürcüstan şirkəti qeydiyyatdan keçib. "SOCAR Georgia" son bir neçə ildə Gürcüstanda ən çox vergi ödəyən şirkətdir”, - deyə nazir diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:02]
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
- 07.05.2024 [19:40]
® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır
- 07.05.2024 [19:33]
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
- 07.05.2024 [16:23]