DÜNYA
19 İL ƏVVƏL KAMBOCA CƏNGƏLLİKLƏRİNDƏ İTKİN DÜŞMÜŞ QIZ TAPILMIŞDIR
AZƏRTAC-ın İTAR-TASS-dan aldığı xəbərə görə, 19 il əvvəl Kamboca cəngəlliklərində itkin düşmüş mauqli-qız tapılmışdır. Qız 8 yaşından meşədə yaşamışdır. Yerli polis rəisi onu “yarımadam-yarımheyvan” kimi səciyyələndirmişdir. “Cəngəlliklər qızı” heç bir dildə danışmır və mütəxəssislərin fikrincə, buna görə də onun həyat tarixçəsini öyrənmək çox çətin olacaqdır.
Qızı anbarından ərzağı tez-tez yoxa çıxan yerli sakinlərdən biri tapmışdır.
Güman edilir ki, qızın adı Roçom Pnqiyendir. O, 1988-ci ildə - ailəsi cəngəlliklərdə camışı sürüb apararkən itkin düşmüşdür. Rattanakiri əyalətinin 45 yaşlı sakini Sal Lou qızın atası olduğunu iddia edir. O demişdir: “Mən qızı görəndə o, tamamilə çılpaq idi və belini meymun kimi əyib gedir, torpaqdan taxıl toxumlarını tapıb yeyirdi.” Onun dediyinə görə,
qızını uşaqlıqdan qalmış sağ əlindəki çapıqdan tanımışdır. Lakin bu qohumluğu qəti müəyyənləşdirmək üçün valideynlərin və qızın DNT analizini aparmaq gərəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]