DÜNYA
19 milyon dollarlıq sənət əsərləri İtaliyaya geri qaytarılır
Bakı, 8 sentyabr, AZƏRTAC
Nyu-York polisi 19 milyon dollar dəyərində olan və oğrular tərəfindən talan edilən sənət əsərlərini İtaliyaya təhvil verəcək. Bu əsərlər içində ən qiymətlisi eramızdan əvvəl 200-cü ilə aid olan və hərb, zəfər ilahəsi Afinanın mərmər başıdır və onun dəyəri təxminən 3 milyon ABŞ dollarına bərabərdir. Əsər 1996-cı ildə İtaliyadakı məbəddən oğurlanıb.
AZƏRTAC BBC agentliyinə istinadla xəbər verir ki, oğrular Afinanın mərmər başını amerikalı milyarder Mixael Steinharta satıblar. ABŞ hüquq-mühafizə orqanlarının araşırmalarından sonra ona məxsus əşyaların talan edildiyi və qeyri-qanuni qaçaqmalçılıq yolu ilə gətirildiyi sübuta yetirilib. Ona antik əşyalar almaq qadağan edilib.
Amerikalı milyarder 2021-ci ildə 70 milyon dollar dəyərində xəzinəsini təhvil verdiyi üçün cinayət məsuliyyətinə cəlb edilməyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]