CƏMİYYƏT
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Bölüşdükcə artan sevgi” layihəsi icra olunacaq
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bir sıra tədbirlər keçirməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu tədbirlər çərçivəsində “Bölüşdükcə artan sevgi” layihəsinin icrası ilə bağlı hazırlıq işlərinə start verilib.
Layihənin əsas məqsədi Mərkəzin uşaqları tərəfindən hazırlanmış hədiyyələri regionlarda yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqlara çatdırmaqla onları sevindirmək və sevginin paylaşdıqca çoxaldığını göstərməkdir.