İQTİSADİYYAT


2006-CI İLƏDƏK RESPUBLİKANIN BÜTÜN AVTOMOBİL MAGİSTRALLARI QAYDAYA SALINACAQDIR

Yaxın vaxtlarda Azərbaycanda 5 müasir asfalt zavodu istismara veriləcəkdir. Bunu AZƏRTAC-ın müxbirinə nəqliyyat naziri Ziya Məmmədov bildirmişdir. O demişdir ki, bu günlərdə Sumqayıtda Ukrayna texnologiyası ilə işləyən “DS-168” markalı asfalt zavodu işə salınmışdır. Saatda 160 ton asfalt istehsal edəcək daha üç zavodun tikintisi sürətlə davam etdirilir. Tərtərdə və Ələtdə Almaniya texnologiyalı və saatda 240 ton asfalt istehsal edən müasir zavodların tikintisi başa çatdırılır. Almaniya zavodları həm də mobilliyi ilə seçilir. Onları istənilən vaxt söküb başqa yerdə qurmaq mümkündür.

Z.Məmmədovun fikrincə, Nəqliyyat Nazirliyi yeni müasir zavodları işə salaraq, yüksək keyfiyyətli asfalt istehsalına başlamaqla dövlətimizin başçısı İlham Əliyevin 2006-cı ilədək respublikanın bütün avtomobil yollarını qaydaya salmaq barədə tapşırığına vaxtında və layiqincə əməl edə biləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.