DÜNYA
2012-ci il dekabrın 21-də dünyanın sonu olmayacaqdır
Bakı, 6 dekabr (AZƏRTAC). Avstraliyanın La Trobe Universitetinin alman tarixçisi Sven Qronemeyer bəyan etmişdir ki, bir müddət əvvəl Meksikanın Komalkalko məbədindən tapılmış daş üzərindəki yazılar dünyanın sonunun çatması barədə şişirdilmiş məlumatlara aydınlıq gətirmişdir. Ekspertin sözlərinə görə, qədim yazılar tamamilə başqa anlam daşıyırmiş.
AZƏRTAC xəbər verir ki, Meksika Milli İnstitutunun alimləri 2012-ci ilin dekabrında Appokalipsis barədə suallardan yorulduqlarını demişdir. Qədim mayaların ismarıcları əsasında formalaşan fikir isə şayiədən başqa bir şey deyilmiş. İnternetdəki şaiyələrə son qoymaq məqsədilə tarixçilər Meksikanın Palenka şəhərində xüsusi konfrans keçirmişlər. Konfransın əsas məruzəçilərindən biri alman arxeoloqu Sven Qronemeyer olmuşdur. O, bu yaxınlarda Komalkalko məbədindən əldə edilmiş tapıntının tarixindən danışmışdır. Həmin məbəddə mayaların əcdadları öz tanrılarına dua edirmiş.
Bu qədər səs-küyə səbəb olan artefakt 1300 yaşı olan daş plitədən ibarətdir. Mayaların qədim dövrü əhatə edən təqvimi bir-birini əvəzləyən 13 zaman müddətindən ibarətdir. Hər bir müddət (baktun) 394 ilə bərabərdir. Təqvim 13-cü baktunda sona çatır. Yəni, 21 dekabr 2012-ci ildə. Yeri gəlmişkən, mayalarda bu tarix bəşəriyyətin sonu demək deyildir. Bu, sadəcə qədim müharibə və bərəkət tanrısı Bolona Yoktenin zühuru kimi başa düşülür.
Beləliklə, 2012-ci il dekabrın 21-də dünyanın sonu olmayacaqdır.