Azərbaycan Dövlət İnformasiya Agentliyi

2017-ci ilin əsas riskləri: dünyanı gözləyən təhlükələr

2017-ci ilin əsas riskləri: dünyanı gözləyən təhlükələr

Müxtəlif analitik qurumlar qlobal səviyyədə özünü göstərə bilən təhlükələri öncədən proqnozlaşdırmağa çalışırlar. Onlar çoxlu sayda və bir-birindən fərqlənən faktorlardan bəhs edirlər. Davosdakı Dünya İqtisadi Forumunun ekspertləri də bu ildə meydana çıxa biləcək riskləri müəyyənləşdirməyə çalışıblar. Təqdim edilən hesabatda bəşəriyyəti bir sıra təhdidlərin gözlədiyi vurğulanır. Ekspertlər ümumilikdə 30 qlobal risk faktorunun mövcudluğundan bəhs edirlər. Onları bir neçə qrupa bölürlər. Lakin həmin risk faktorlarının bir-birindən ayrı mövcud olduğunu demək çətindir. Burada fərd, cəmiyyət, dövlət və beynəlxalq təşkilatlar səviyyəsində özünü göstərən amillərdən danışmaq olar. Həmin aspektdə 2017-ci ildə meydana çıxması gözlənilən risklərin analizi üzərində geniş dayanmağa ehtiyac vardır.

30 qlobal risk: ekspertlərin xəbərdarlığı

Dünya (Davos) İqtisadi Forumunun (DİF) ekspertləri 2017-ci ilin başlıca risklərinin əks olunduğu hesabat hazırlayıblar. Sənədin məzmunu genişdir, orada analiz və proqnozlar yer alıb. 2017-ci ilin yanvarın 11-də dərc edilən məruzədə ekspertlər riskləri qruplara bölüb onların hər birinin xarakteristikasını verməyə çalışıblar (bax: The Global Risks Report 2017 / "weforum.org", 11 yanvar 2017).

Məruzədə yer alan risklərin hər birinin nə dərəcədə real olduğunu həyat göstərəcək. Ancaq bizim diqqətimizi çəkən əsas məqam ekspertlərin 2017-ci ildə dünyada çoxlu sayda risklərin olacağı haqqında yekdil fikirdə olmalarıdır. Məsələ sənəddə belə qoyulur ki, bu il bəşəriyyət daha çox riskli vəziyyətdə olacaq. Niyə məhz risklər? Niyə mütəxəssislər davamlı inkişafdan, rifahdan, münaqişələrin həllindən deyil, məhz təhlükələrdən və risklərdən bəhs edirlər?

Təəssüf ki, məruzə müəllifləri bu suala cavab axtarmırlar - onlar sadəcə insanları təlatümə gətirən təhlükələrin reallaşma ehtimalını vurğulamağa çalışırlar. Dünya təcrübəsi göstərir ki, bu, güclü dairələrin bu ilin risklərlə dolu olmasını görmək istəməsinin ifadəsi ola bilər. Hər halda, Davos mütəxəssisləri 30 (!) qlobal riskin mövcudluğunu qeyd edirlər ki, onları da 5 qrupa bölürlər. Həmin qruplar iqtisadi, ekoloji, geosiyasi, sosial və texnoloji sahələri əhatə edir. Bunlardan başqa, ekspertlər riskləri gücləndirə biləcək 13 tendensiyanı da vurğulayıblar (bax: əvvəlki mənbəyə).

Əsas risklər sırasında aşağıdakılar göstərilir:

- dövlətlər arasında etimadın yoxluğu və münaqişələr; - təbii fəlakətlərin baş verməsi ehtimalı; - əhalinin gəlirləri arasındakı fərqlərin daha da artması; - kibercinayətlər; - terror aktları; - məcburi qaçqınların sayının əhəmiyyətli dərəcədə artması (bax: əvvəlki mənbəyə).

Risk qruplarında ilk sıranı ekoloji kateqoriya tutur. Ekstremal iqlim hadisələri, genişmiqyaslı təbii fəlakətlər və antropogen ekoloji fəlakətlər riski daha çox ehtimal olunanlar sırasındadır. İkinci sırada geosiyasi risklər dayanır. Onların sırasında isə birinci yerdə böyük terror aktları durur. Sonrakı yerləri dövlətlərarası münaqişələr və səmərəli dövlət idarəetməsinin yoxluğu tutur. Suriya böhranını sənəd müəllifləri keyfiyyətsiz dövlət idarəetməsinin olmaması faktoru ilə izah etməyə çalışırlar. Üçüncü yerdə texnoloji risklər dayanır. Onlar şəxsi məlumatların oğurlanmasından, onlardan qərəzli məqsədlər üçün istifadə edilməsindən və genişmiqyaslı kibernetik hücumlardan (söhbət faktiki olaraq informasiya savaşından gedir) ibarətdir.

Ümumdünya İqtisadi Forumu ekspertləri qlobal riskləri gücləndirə biləcək 13 tendensiya sırasında iqlim dəyişmələrini, ətraf mühitin vəziyyətinin pisləşməsini, əhalinin yaşlanmasını, populizmin və milliyyətçiliyin artmasını, beynəlxalq təşkilatların, ilk növbədə BMT, BVF və NATO-nun rolunun dəyişməsini, əhalinin artan coğrafi mobilliyini, rəqəmsal texnologiyalardan asılılığın güclənməsini, güc mərkəzlərinin yeniləşməsini, kasıblarla varlılar arasında fərqlərin artmasını, inkişaf etməkdə olan ölkələrdə orta sinfin inkişaf etməsini, urbanizasiyanın yeni səviyyəyə qalxmasını və cəmiyyətlərdə qütbləşmənin dərinləşməsini göstərməsi maraq doğurur (bax: əvvəlki mənbəyə).

Təbii fəlakətlər, geosiyasət və ekologiya: daha ziddiyyətli sahələr

Beləliklə, Davos mütəxəssislərinin 2017-ci ildə meydana çıxa biləcək riskləri qruplaşdırması və onlara təsir etmə ehtimalı olan tendensiyaları müəyyənləşdirməsi kifayət qədər mürəkkəb bir mənzərəni ortaya qoyur. Onlara ümumi bucaq altında baxdıqda, görürük ki, risklər demək olar ki, fərdi, cəmiyyət, dövlət və beynəlxalq münasibətlər kimi bütün səviyyələrdə özünü göstərə bilər. Yəni konkret ifadə edilsə, ekspertlər bütövlükdə dünyanın vahid sistem olaraq böhran içində olduğu qənaətindədirlər.

Belə bir situasiyanın yaranması əvvəllər o dərəcədə ciddi təsiri olmayan bəzi sahələrin böhranı ilə müşayiət olunur. Biz konkret olaraq ekoloji və texnoloji sferaları nəzərdə tuturuq. Hətta ekologiya təbii fəlakətlər kontekstində daha önəmli yerə sahib olan faktor təsiri bağışlayır. Maraqlıdır, ekspertlər nəyə görə, deyək ki, dövlətlərarası münaqişələri deyil, təbii fəlakətləri və ekoloji məqamları önə çəkirlər? Görünür, artıq bəşəriyyətin, ümumiyyətlə, mövcudluq fəlsəfəsi böhran keçirir. Təbiətdə baş verən fəlakətlərin bir ucu insan fəaliyyətinin adekvat olmamasına bağlıdır. Burada atmosferin, suyun, torpağın, kosmosun çirklənməsinin qlobal təhlükəsizliyin vacib elementinə çevrildiyini vurğulamalıyıq.

Həmin aspektdə iqlim dəyişikliyinin əsas qlobal risklər sırasında göstərilməsi tamamilə məntiqli görünür. Əgər mütəxəssislərin hesablamaları özünü doğrultsa, dünyanın heç bir dövləti fəlakətlərdən yaxa qurtara bilməyəcək. İnkişaf etmiş dövlətlər belə vəziyyətin bu tərəfindən narahatdırlar. Lakin hətta bu cür risklərin fonunda geosiyasi təhlükələri kölgəyə salmaq heç doğru deyil. Çünki bu qrupa daxil olan risklər dünyanın müxtəlif regionlarında kifayət qədər böyük problemlər yaratmaqdadırlar. Onlar milyonlarla insanın həyatını itirməsinə səbəb olurlar. Buna görə də geosiyasi risklər daha həssas məsələdir.

Adı çəkilən sənəddə sadalanan geosiyasi risklər göstərir ki, burada böyük dövlətlərin məsuliyyəti daha çoxdur. Onlar bir tərəfdən liderlik uğrunda amansız mübarizə aparır, digər tərəfdən də öz maraqlarını təmin etmək üçün müxtəlif regionlarda ixtilafları alovlandırırlar. Məhz bu məqama görə, dünyada milliyyətçilik, müxtəlif növ fobiyalar artır, öz yurdlarını tərk edən insanların sayı durmadan çoxalır. Bu müddəaların fonunda ekspertlərin Suriyadakı böhranı səmərəli dövlət idarəçiliyinin yoxluğu ilə izah etməyə çalışması ədalətli görünmür, reallığı əks etdirmir. Çünki proses idarəetmənin zəifliyindən başlamadı, süni olaraq ixtilaf yaradıldı və sonradan bu tendensiya qayıdıb dövlət idarəçiliyini vurdu, cəmiyyəti tarazlıqdan çıxardı.

Başqa bucaq altında baxdıqda da Davos ekspertlərinin sona qədər obyektiv olmadığını görə bilərik. Məsələn, Ermənistanda dövlət idarəçiliyi Suriya, yaxud İraqdan güclüdür? Təbii ki, belə deyil, ancaq həmin ölkədə heç bir böhran yoxdur. Çünki Ermənistan təcavüzkar olsa da qonşu ölkələrə qarşı aqressiv siyasət yeritsə də onun sabitliyini pozmaq istəmirlər. Suriya və İraqa qarşı isə münasibət tamamilə fərqlidir. Ümumilikdə müsəlman ölkələrinin inkişafı, nədənsə, müəyyən dairələri narahat edir.

Belə çıxır ki, Davos ekspertlərinin analizi və proqnozunda süni məqamlar az deyil. Onda yaxın gələcəkdə də dünyada risklərin olması ehtimalı az deyil. Onların bir qismi obyektiv xarakter daşısa da, xeyli sayda olanı bəzi dövlətlərin sırf öz maraqları naminə fəaliyyət göstərməsi ilə bağlıdır.

Bütün hallarda dünyanın 2017-ci ildə çətinliklər və risklərlə üz-üzə qalacağını demək olar. Qərbin radikal millətçiliyə daha çox meyl etməsi, Rusiya və Çinin geosiyasi təsirlərini artırmaq niyyətləri, bir sıra müsəlman dövlətlərində radikal əhval-ruhiyyənin yaradılması beynəlxalq miqyasda münaqişələrin artmasına aparıb çıxara bilər. Bununla yanaşı, dövlətdaxili ziddiyyətlərin də artması gözləniləndir. Bu barədə Dünya İqtisadi Forumu mütəxəssisləri ilə yanaşı, ABŞ-ın Milli Kəşfiyyat Şurasının (NIC) yaxın 5 il üçün verdiyi proqnozlarda da yazılıb (bax: Global Trends: Paradox of Progress / "dni.gov", yanvar, 2017). Belə görünür, bu il də bəşəriyyət mürəkkəb dilemmalar qarşısında qalmaqda davam edəcək.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NATO təliminin iştirakçıları üçün ekskursiyalar təşkil olunub

Ağdam Sənaye Parkında un istehsalı layihəsi həyata keçiriləcək

Hakim vəzifələrinə təyin olunmuş prokurorluq əməkdaşlarına fəxri fərmanlar təqdim edilib

Azərbaycanın logistika imkanları İzmirdə təqdim olunub

Xaçmazlı və qusarlı məzunlar Prezident təqaüdçüsü oldular

Bakıda növbəti “Xarici Siyasət Proqramı” təşkil olunub

AZAL 9 ayı artım və beynəlxalq nailiyyətlərlə başa vurub

Türkiyədə Ankaranın paytaxt elan edilməsinin 103-cü ildönümü qeyd olunur

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

Qızıl və gümüş bahalaşıb

Azərbaycan güləşçisi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb

Neft ucuzlaşır

Sumqayıt, Ağdaş və Göyçayın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

“Sabah” Çempionlar Liqasında “Slaviya” ilə qarşılaşacaq

Azərbaycan nefti 131 dollara satılır

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Pakistanda qatarın relsdən çıxması nəticəsində beş nəfər ölüb

“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

Aeroport şosesində qəza nəqliyyatın sıxlığına səbəb olub

BVF Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yeni qiymət artımı riski barədə xəbərdarlıq edib

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin – “44” bədii filminin premyerası olub

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb