CƏMİYYƏT


2018-ci ildə Türkiyə ərazisində ciddi iqlim dəyişiklikləri qeydə alınıb

İstanbul, 16 fevral, AZƏRTAC

Türkiyənin Hidrometeorologiya Müdirliyindən verilən məlumata görə ölkə ərazisində ötən il qeydə alınan "ekstrim hava hadisələri"nin sayı 840-a çatıb. 2017-ci ildə bu rəqəm 598 olub. Hava hadisələri arasında leysan və sel ön sıralarda yer alır.

AZƏRTAC xəbər verir ki, məlumata əsasən iqlim dəyişikliklərinin sayı hər il artmaqda davam edir. Bu da əkin əraziləri, su hövzələri ilə yanaşı, enerji, səhiyyə sahələri və yollara ciddi ziyan vurur. İsti hava dalğaları, meşə yanğınları, quraqlıq, sel, dolu kimi hadisələrdən ölkə üzrə ən çox zərərçəkən bölgə Akdenizdir.

Türkiyədə 2018-ci ildə orta istilik 15,4 santiqrat olaraq qeydə alınıb ki, bu da 1981-2010-cu illərlə müqayisədə 1,9 dərəcə çoxdur.

Ümumiyyətlə 2018-ci ildə ölkə ərazisində istilik dərəcəsi normadan yüksək olub.

Ölkədə baş verən leysan, daşqın, güclü qar, şiddətli ildırım, qum fırtınası, meşə yanğınları kimi hallar da 1990-cı illərlə müqayisədə xeyli artıb.

Anomal-dağıdıcı iqlim hadisələrinin 41 faizini leysan və sel, 29 faizini güclü külək, 16 faizini dolu, 5 faizini isə ildırım və güclü qar təşkil edir. Kəmər bölgəsində isə yağış rekord həddə çatıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.