CƏMİYYƏT


2019–2030-cu illərdə ölkəmizdə regional peşə tədrisi mərkəzlərinin sayı 10-a çatdırılacaq

Bakı, 3 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi əsas prioritetlər sırasında yer alıb. Strategiyada bu istiqamətdə müəyyən edilən hədəflər sırasında 2019–2030-cu illər ərzində ölkəmizdə regional peşə tədrisi mərkəzlərinin sayının 10-a çatdırılması nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunan aktiv məşğulluq tədbirlərindən biri də işaxtaran və işsiz vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmasıdır.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, hazırda Bakı, Göyçay və Naxçıvan şəhərlərində Regional Peşə Tədrisi Mərkəzləri fəaliyyət göstərir və onlar yalnız yerləşdikləri rayon və ya şəhərin deyil, ətraf rayonlardan olan işaxtaran və işsiz vətəndaşların da yeni peşələrə yiyələnmələrində əhəmiyyətli rol oynayırlar. Həmin müəssisələrdə əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, Gəncə şəhərində də yeni Regional Peşə Tədrisi Mərkəzi yaradılıb.

Ölkədə Regional Peşə Tədrisi Mərkəzləri şəbəkəsinin respublikanın bölgələri üzrə genişləndirilməsi, onların sayının artırılması işaxtaran və işsiz vətəndaşların peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunması, hazırlanan kadrların peşə bacarıqlarının inkişaf etdirilməsinin daha geniş miqyasda davam etdirilməsinə imkan yaradacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.