İQTİSADİYYAT


2019-cu ildə neft sektoru üzrə büdcə gəlirlərinin 82,9 faizini Neft Fondundan transfertlər təşkil edəcək

Bakı, 30 oktyabr, AZƏRTAC

Gələn il neft sektoru üzrə büdcə gəlirlərinin 82,9 faizini Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) transfertlər təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyində deyilir.

Bildirilir ki, 2019-cu ilin dövlət büdcəsində neftin qiymətinin 60 ABŞ dolları (2017-ci ilin ilkin proqnozlaşdırılan büdcəsində 45 ABŞ dolları; dürüstləşmiş büdcədə 55 ABŞ dolları) səviyyəsində götürülüb. Neft sektoru üzrə büdcə gəlirlərinin 82,9 faizini və ya 11 milyard 364,3 milyon manatını Dövlət Neft Fondundan transfertlər, 17,1 faizini və ya 2 milyard 336 milyon manatını isə Vergilər Nazirliyinin xətti ilə neft sektorundan daxilolmaların təşkil edəcəyi proqnozlaşdırılır.

Neft Fondunun transfertinin həcmi əvvəlki ilin dürüstləşmiş büdcə göstəricisi ilə müqayisədə 3,6 faiz artımla proqnozlaşdırılıb. Bu isə dövlət büdcəsi gəlirlərinin 49,6 faizinə həmçinin, Dövlət Neft Fondunun proqnozlaşdırılan gəlirlərinin 72,9 faizinə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.