MƏDƏNİYYƏT
2020-ci ildə Portuqaliyaya gələn xarici turistlərin sayı 73,7 faiz azalıb
Lissabon, 9 iyul, AZƏRTAC
2020-ci ildə Portuqaliya cəmi 6,5 milyon xarici turist qəbul edib. Başqa sözlə, COVID-19 pandemiyası nəticəsində bu göstərici əvvəlki illə müqayisədə 73,7 faiz azalıb.
AZƏRTAC Portuqaliya Milli Statistika İnstitutuna (INE) istinadla xəbər verir ki, 2020-ci ildə İspaniya xarici turistlər üçün əsas səyahət istiqaməti kimi qalıb. Burada 70,5 faiz azalma qeydə alınıb.
Portuqaliya sakinləri 2020-ci ildə 14,4 milyon turizm səfəri ediblər. Bu, əvvəlki illə müqayisədə 41,1 faiz azdır.
INE İnstitutunun hesablamalarına görə, kənd turizmi göstəriciləri 8,6 faiz artıb. Bu fakt ona dəlalət edir ki, turizm xidmətləri təklifinin bu seqmenti pandemiyanın təsirinə daha davamlı olacaq. Burada qonaqların sayının azalma göstəricisi ən aşağı səviyyədədir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon