Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zalsburq: turistləri buraya cəlb edən nədir?

Bakı, 22 avqust, Emil Eyyubov, AZƏRTAC

Avstriyanın böyüklüyünə görə dördüncü şəhəri hesab olunan Zalsburq, eyni zamanda, Zalsburq federal əyalətinin paytaxtıdır. Bu yerlərdə nə vaxtsa duz hasilatı ilə məşğul olublar (Zalsburq “duzlu qala” kimi tərcümə olunur). Duzun satışından əldə olunan gəlir hökmdarlara öz zəngin memarlığı ilə hər kəsi təəccübləndirən şəhəri tikmək imkanı verib. Bu gün də turistlər şəhəri iki - Qədim və Yeni hissələrə bölən və onları 12 körpü vasitəsilə birləşdirən Zals çayının hər iki tərəfində yerləşən barokko üslubunda tikilən qalalara, evlərə və saraylara valeh olurlar. Biz Zalsburqun qədim küçələri ilə gəzişdik, Zalsburq əyalətinin mənzərəli göllərində olduq və bu diyarın ən görməli yerləri barədə təəssüratlarımızı sizinlə bölüşməyə tələsirik.

Xoenzalsburq, dairəvi mənzərə və mərsin mürəbbəsi ilə şnisel

Qonaqlar şəhərə gələn kimi dərhal Zalsburqun tarixi mərkəzinə gəzintiyə yollanırlar. UNESCO-nun Ümumdünya İrs Siyahısına salınan bu qədim şəhər təpələr üzərində yerləşir, bu səbəbdən də küçələrinin əksəriyyəti maili vəziyyətdədir, dağlarla əhatə olunub. Yerlərin xüsusiyyəti Zalsburqda xeyli görünüş meydançalarının olmasına ümid yaradır.

Bu, həqiqətən də belədir. Köhnə şəhərin üzərinə meşəli Festunqsber dağı kölgə salır. Dağda Mərkəzi Avropada ən iri, bütöv şəkildə qorunub saxlanmış qədim Xoenzalsburq qalası ucalır. Həmin yerə ayrıca ekskursiya etməyə, şəhərə və şəhərətrafına 120 metrlik yüksəklikdən 360 dərəcəli mənzərədən zövq almağa dəyər.

Qala bu yerlərin hökmdarı arxiyepiskop Qebhard tərəfindən 1077-ci ildə tikdirilib. Sonrakı illərdə onun varisləri qala memarlığının inkişafını davam etdiriblər. Kompleks özünün yekun görkəmini 1500-ci ildə digər hökmdar Leonard fon Koyçahın dövründə alıb. Qalanın ilkin məqsədi knyazlığın və hökmdarların düşmən hücumlarından qorunması olub. Bütün bu illər ərzində qala bir dəfə olsun belə xarici ordu tərəfindən zəbt edilməyib.

Qala ziyarət üçün ilboyu açıqdır. 1892-ci ildən bəri ona təkcə piyada deyil, həm də funikulyorun köməyi ilə qalxmaq mümkün idi. Qalanın ön zallarında o dövrün saraydaxili həyatını əks etdirən tarixi eksponatlar, silah və yaraq-əsləhələr sərgisi, knyaz palataları və digər muzey ekspozisiyaları təqdim olunur. Baxış meydançasına qalxsanız, qarşınızda açılacaq mənzərə sizi cuşa gətirəcək. Şəhərətrafı yerlər də - məsələn, Zalsburqdan 6 kilometr cənubda yerləşən Helbrun saray-park kompleksi də gözəl görünür.

Oraya daha sonra getmək qərarını verdik. Yoldan yorularaq dincəlmək və çoxlarının bizə tövsiyə etdiyi yerli “Sternbrau” restoranına getmək qərarına gəldik. Bu restoran açıldığı 1542-ci ildən bəri öz qonaqlarına ənənəvi mətbəx təamları təqdim edir. Hamıya məlum olan şniseli burada pörtədilmiş kartof, limon və mərsin mürəbbəsi ilə təqdim edirlər. Şnisel əvəzinə eyni qarnir ilə qızardılmış forel filesini də seçmək mümkündür. Desertə orijinal Avstriya şokoladlı tortunun dadına baxmanız məsləhətdir.

Mirabel sarayı, Helbrunun əyləncəli fəvvarələri və sıldırım qayalıqda heyvanxana

Biz səhəri “Arcotel Castellani”də - Yeni şəhərdə sakit yaşıllıq yerdə, tarixi mərkəzdən bir neçə dayanacaq aralıda yerləşən oteldə qarşıladıq. Bu rayon “Salzburg Akademiestrasse” - akademiklər küçəsi adlanır, çünki burada bir neçə tanınmış təhsil müəssisəsi yerləşir. Fürsətdən istifadə edərək biz Zals çayının bu sahili ilə də tanış olmaq, 1606-cı ildə şəhər hökmdarı tərəfindən tikdirilən Mirabel sarayı və onun bağlarından zövq almaq qərarına gəldik. Hazırda Mirabel sarayında bələdiyyə idarəsi, eləcə də Zalsburq merinin ofisləri yerləşir. Vaxtilə hökmdarların banket zalı olan sarayın mərmər zalı hazırda təntənəli və müxtəlif mərasimlərin keçirildiyi yer qismində xidmət edir. Mirabel sarayının gözəl bağları xüsusilə göz oxşayır. Bu bağlar Avropa bağ-park sənətinin ən yaxşı nümunələri kimi tanınıb. Burada bitkilər elə seçilib ki, bağ ilboyu çiçəklənən vəziyyətdə olur. Güllərin əhatəsində Alp sularının fəvvarəsi şırıldayır. Saray, sarayın bağı və ətraf tikililər UNESCO-nun mühafizəsi altındadır.

Çox güman ki, Zalsburqun ən tanınmış saray kompleksi Helbrun sarayı və onun əyləncəli fəvvarələridir. İctimai nəqliyyatda bir neçə dayanacaqdan sonra biz mənzilbaşına çatırıq. Zalsburq hökmdarı Markus Sittikus bu Helbrun saray kompleksini öz asudə vaxtını keçirmək üçün vahə kimi fikirləşib. Bu yay iqamətgahı o dövr üçün rekord qısa vaxt ərzində - 1612-1615-ci illər dövründə italiyalı memar Santino Solari tərəfindən tikilib. Sarayda fəaliyyət göstərən daimi sərgiyə audiobələdçinin müşayiətilə baxmaq, Helbrunun tarixi barədə maraqlı məlumatlar öyrənmək olar.

Zalsburqun cənubunda sakit yerdə olması və Helbrun dağlarından gələn təlatümlü sular memara fəvvarələrin çox hiyləgər, dünyada tayı-bərabəri olmayan sistemini qurmaq imkanı verib. Sarayın hökmdarı knyaz Sittikus öz qonaqlarını buraya dəvət etməyi xoşlayır, gözlənilmədən anda ən əlverişli olmayan yerlərdən su şırnağı çıxarkən qonaqların reaksiyasına tamaşa edirdi.

Helbrun kompleksi ərazisində yaradılan süni göllərdə nərə balıqları üzür. Nəhəng ağacları olan qədim bağa keçdikdə isə Zalsburq heyvanxanasını görəcəksiniz. Buranın özəlliyi ondadır ki, dağın ətəyində yerləşir və bəzi volyerlər demək olar ki, dağın döşündədir. Unikal landşaft bir neçə növ heyvan üçün yaşayış yeri kimi istifadə etmək imkanı verir. İldə 400 minə yaxın ziyarətçi qəbul edən bu heyvanxana həm də nəsli kəsilmə təhlükəsi ilə üzbəüz olan müxtəlif növ heyvanların müasir qorunub saxlanma mərkəzi rolunu oynayır.

“Red Bull”un anqarı və molekulyar mətbəx

Zalsburq federal əyalətində, Fuşlze gölünün sahilində məşhur “Red Bull” şirkətinin mənzil-qərargahı yerləşir. Bu tikilinin memarlığında Asiyaya müraciət təsadüfi deyil. Məhz avstriyalı biznesmen Ditrix Mateşits Tailandda Avropa bazarına uyğunlaşdırılan enerji içkilərinin yaradılması ideyasından ruhlanıb, tailandlı şərikləri ilə birgə “Red Bull” şirkətini təsis edib. Nəticədə onun yaradıcıları milyarder olub, Mateşits isə idmana, xüsusilə də avtomobil yarışlarına sərmayə yatırımında qərarlaşıb. “Red Bull Racing” komandası Formula 1-də konstruktorlar kubokunu dəfələrlə qazanıb. Həmçinin “Red Bull” şirkəti müxtəlif ölkələrdə futbol və hokkey komandalarına sahibdir.

Zalsburq aeroportunda “Hangar-7” unikal bədii-memarlıq ansamblı ziyarət üçün açıqdır. Burada ötən il həyatdan köçən Ditrix Mateşitsə məxsus hava və yolüstü nəqliyyat vasitələrindən ibarət böyük kolleksiya toplanıb. 2003-cü ildə tikilən “Hangar-7”nin qeyri-adi memarlığı aviasiya dünyasından ilham alıb. İnşasında 1200 ton polad və 380 ton xüsusi şüşədən istifadə olunmasına baxmayaraq, anqar çox yüngül görünür, ətraf mühitə orqanik şəkildə uyğunlaşır. Şüşə tikilinin içində bərpadan sonra nadir tarixi təyyarələr, helikopterlər, Formula 1-in bolid və motosiklləri nümayiş etdirilir.

“Hangar-7” təkcə muzey deyil, həm də müasir kafe və restoranların yerləşdiyi məkandır.

Sözardı əvəzi

Zalsburq təkcə görməli yerləri ilə məhdud deyil. Şəhərdən demək olar ki, 30 kilometr şərqə üz tutsanız, siz Zalskammerquta - göllərlə zəngin olan dağlıq diyara düşəcəksiniz. Burada dağlarla və meşələrlə əhatə olunan, sahillərində Sankt-Gilgen və Sankt-Volfqanq kimi mənzərəli məskənləri olan Volfqanzee gölü yerləşir. Parovozla tarixi dəmir yolunda getməklə siz Şafberq şəhərində olacaqsınız. Burada regionun ən gözəl baxış meydançalarından biri yerləşir. Bu barədə növbəti reportajda danışılacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib