İQTİSADİYYAT


2020-ci ildə Səngəçal terminalından 239 milyon barrel neft və kondensat göndərilib

2020-ci ildə Səngəçal terminalından 239 milyon barrel neft və kondensat göndərilib

Bakı, 4 fevral, AZƏRTAC

Ötən il Səngəçal terminalı təqribən 239 milyon barrel neft və kondensat, o cümlədən 208 milyon barrel Bakı-Tbilisi-Ceyhanla (BTC) və 31 milyon barrel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə (QİBK) ixrac edib.

“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, keçən il terminaldan, həmçinin gündəlik orta hesabla 49 milyon standart kubmetr (1 milyard 720 milyon standart kubfutdan çox) “Şahdəniz” qazı ixrac olunub.

İl ərzində “Azəri-Çıraq-Günəşli” ilə “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barrel neft və “Şahdəniz” qazı üçün təqribən 85 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 milyon standart kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.