REGİONLAR


20 Yanvar Azərbaycan xalqının qan yaddaşına yazılan qəhrəmanlıq salnaməsidir

Qusar, 16 yanvar , Elxan Yusifli, AZƏRTAC 

20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin şanlı səhifələrindəndir. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 16-da Qusardakı Heydər Əliyev Mərkəzində keçirilən anım mərasimində 20 Yanvar şəhidlərinin, eləcə də bütün qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.

Mərasimdə Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova və başqaları çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında törətdiyi qırğınlardan danışıblar. Bu tarixin Azərbaycan xalqının qan yaddaşına yazılan qəhrəmanlıq salnaməsi olduğu bildirilib. Vurğulanıb ki, həmin gecə dinc və günahsız insanların sovet qoşunları tərəfindən amansızlıqla qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqımızın azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.

Tədbir iştirakçılarına 20 Yanvar hadisələrindən bəhs edən təqdimat nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.