Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına ən xoş və səmimi təbriklərimi yetirməkdən böyük məmnunluq duyuram.

Son illərdə Sizin rəhbərliyinizlə bütün sahələrdə həyata keçirilən genişmiqyaslı və səmərəli islahatlar nəticəsində xalqınızın həyat səviyyəsi və rifahı durmadan yüksəlir, tarixi ədalət bərpa olunur, ölkənizin beynəlxalq müstəvidə nüfuzu və etibarı bütün istiqamətlərdə artır. Bütün bu mühüm nailiyyətlər qardaş xalq kimi bizə böyük məmnunluq bəxş edir.

Əminəm ki, birgə qətiyyətli səylərimiz sayəsində Özbəkistan ilə Azərbaycan arasında davamlı olaraq inkişaf edən çoxşaxəli və uzunmüddətli əlaqələr bundan sonra da genişlənəcək, gələcəkdə yüksək səviyyəli danışıqlarımız nəticəsində strateji tərəfdaşlığımız tamamilə yeni səviyyəyə yüksələcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə və bütün ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni müvəffəqiyyətlər, dost Azərbaycan xalqına isə sülh, davamlı inkişaf və firavanlıq diləyirəm.

Hörmətlə,

 
Şavkat Mirziyoyev
Özbəkistan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin