Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində şanlı səhifədir

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində şanlı səhifədir

Bakı, 27 may, AZƏRTAC

28 May - Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur. Bu tarix azadlığın, müstəqilliyin qazanıldığı, səsimizin dünyaya ilk dəfə çatdırıldığı, hər bir azərbaycanlının milli qürur hissi duyduğu bir gündür. Çünki 1918-ci il mayın 28-də Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirərək yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığını əldə etdi. Həmin gün Azərbaycan Milli Şurası “İstiqlal Bəyannaməsi”ni qəbul etməklə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını elan etdi. 1917-ci ildə baş vermiş fevral inqilabı nəticəsində Rusiyada çar imperiyası devrilmiş, çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatları başlamışdı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti - müsəlman şərqində ilk dünyəvi demokratik respublika yaradıldı, bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin mühüm təcrübəsi kimi iz qoydu. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində yaranmış ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin İnzibati nəzarət idarəsinin əməkdaşı Ceyhun Əkbərlinin Cümhuriyyətin 104-cü ildönümü ilə bağlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Əldə edilmiş bu azadlıq xalqımızın böyük mübarizəsinin, görkəmli ziyalılarımızın təfəkkürünün bəhrəsi idi.

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi olaraq ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb.

Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumətinin sədri Fətəli xan Xoyski 1918-ci il mayın 30-da teleqrafla bütün dünya ölkələrinə Azərbaycanın müstəqilliyi xəbərini elan etdi. İyunun 4-də Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsi bağlanaraq hərbi yardım alındı. Beləliklə də 1918-ci il iyunun 26-da Azərbaycanın milli ordusu yaradıldı.

Cümhuriyyətin yaradıcısı olmuş böyük ziyalılar tərəfindən hüququn roluna, hüquqi dövlətin əsaslarına, ədliyyənin cəmiyyətdəki roluna, vətəndaşların əsas hüquq və azadlıqlarının təmininə xüsusi əhəmiyyət verilərək hüquqi və demokratik dövlət quruculuğu yolunda ədliyyə və məhkəmə-hüquq islahatlarının zəruriliyini ilk gündən düzgün dəyərləndirilib və bu istiqamətdə sistemli tədbirlər həyata keçirilib. Azərbaycan ədliyyəsinin tarixi 1918-ci il mayın 28-dən - Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün Ədliyyə Nazirliyinin təsis olunması ilə başlayıb, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunub, habelə noyabrın 22-də Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiqlənib.

Azərbaycan Xalq Cümhuriyyəti demokratik dəyərləri və Şərq mədəniyyətini birləşdirən yeni dövlət nümunəsi idi. Həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, beynəlxalq əlaqələrin qurulması və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın müstəqilliyinin rəsmi olaraq tanınması, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması, ərazi bütövlüyünün təmin edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, xalqın maariflənməsi üçün məktəblərin, yaşlılar üçün savad kurslarının, türk olmayan xalqlar üçün türk dilli kursların açılması, 1919-cu ildə Bakı Dövlət Universitetinin fəaliyyətə başlaması, məktəblər üçün dərsliklərin hazırlanması, onlarla qəzet və jurnalların nəşr olunması, iqtisadi islahatların aparılması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Dünyanın 50 il sonra əldə edə bildiyi dövlət quruluşunu Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ayda yaratdı.

Azərbaycan Xalq Cümhuriyyəti dövrün mövcud ictimai-siyasi şəraitində çox qısa müddət fəaliyyət göstərə bildi. Təəssüf ki, uzun mübarizdən sonra əldə edilmiş müstəqillik tezliklə itirildi.

Azərbaycanın müstəqillik qazanması ilə barışa bilməyən Sovet Rusiyasının işğalı ilə Cümhuriyyət 23 aydan sonra süqut etdi və 70 illik sovet əsarəti dövrü başladı.

Sovet işğalından sonra inqilab komitəsinin 1920-ci il 13 may tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edildi, Xalq Ədliyyə Komissarlığı yaradıldı. Onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilib. 1930-cu ildə bu komissarlıq da ləğv edildi və onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verildi.

Ədliyyə Nazirliyinin yenidən təsis edilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq fəaliyyəti təmin edilmiş və ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaradılıb.

1991-ci il oktyabrın 18-dəAzərbaycan müstəqilliyini bərpa etdi. Həmin gün qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edildi. Beləliklə Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdi.

Tarix göstərir ki, xalqın azadlıq əldə etməsi ilə iş bitmir. Azadlığı və müstəqilliyi qoruyub saxlamaq lazımdır. Müstəqilliyi qorumaq yolunda xalqımız bir çox təzyiqlərə məruz qalıb, torpaqlarımız qəsb olunub. Lakin azadlıq aşiqlərinin gərgin əməyi və mübarizəsi sayəsində Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün oldu.

1993-cü ildə ölkə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qaldıqda xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Bununla da Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı və elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesinə başlandı.

Hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.

Ulu öndər Heydər Əliyevin zəngin siyasi təfəkkürü, idarəçilik təcrübəsi və rasional fəaliyyəti sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamaqdan, yəni, qısa zamanda müstəqilliyini itirməkdən qurtuldu. Uzagörən lider Heydər Əliyev müstəqilliyi qorudu və müasir, güclü, nüfuzlu dövlət, regionda lider ölkəyə çevrilən Azərbaycanın təməlini qoydu.

Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Ümummilli lider Heydər Əliyev həmin dövr haqqında bildirmişdi: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaq. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Bu cümhuriyyətin yaradılmasında müstəsna xidmətləri olan Məhəmməd Əmin Rəsuzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsibbəy Yusifbəyov, Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Rəfibəyov və digər ictimai xadimlərin xatirəsini qədirbilən Azərbaycan xalqı bu gün də böyük ehtiram hissi ilə yad edir".

Dövlət müstəqilliyi bərpa edildikdən sonra da Azərbaycan ədliyyəsi müdrik dövlət xadimi Heydər Əliyevin diqqətindən kənarda qalmayıb, ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilib, nazirliyin səlahiyyətləri genişlənərək cəmiyyətdə rolu artıb.

Ulu Öndərin ədliyyə sahəsinə göstərdiyi böyük qayğı nəticəsində 2000-ci il 11 noyabr tarixli Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis olunub.

Bu gün Ulu Öndərin ideyaları onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalaması, 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi onun milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir. Prezidentin tarixi keçmişimizə, varisi olduğumuz Xalq Cümhuriyyətinə bu qədər önəm verməsi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev bütün sahələrlə yanaşı, ədliyyə sistemində də əsaslı islahatların aparılmasına xüsusi diqqət göstərməkdədir. Bunun təzahürü olaraq aparılan islahatlar nəticəsində Azərbaycan ədliyyəsi addımladığı yeni inkişaf mərhələsində daha da müasirləşib və dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra əhəmiyyətli sənədlər qəbul olunub və nazirliyin strukturu təkmilləşdirilib. Belə ki, dövlətimizin başçısının 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilib, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanun qəbul olunub. Ölkə Prezidenti tərəfindən imzalanmış “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərman ədliyyə və məhkəmə sisteminin inkişaf etdirilməsinə mühüm töhfə verib.

Sevindirici haldır ki, artıq müstəqil dövlətimiz bir çox mötəbər, beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu isə ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. Azərbaycan təkcə regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan ölkə və strateji tərəfdaş kimi tanınır. Fərəhli haldır ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində şanlı Qələbəsi ilə dövlətimizin ərazi bütövlüyü bərpa edildi. Bu isə dövlət müstəqilliyimizin ildən-ilə möhkəmləndiyini, Azərbaycanın qüdrətinin daha da artdığını göstərir.

Dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb etdiyindən 2021-ci il 15 oktyabr tarixli “Müstəqillik Günü haqqında” qanunla 28 May Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü elan edilib.

Azərbaycan müstəqilliyinin əldə edilməsindən 104 il ötür. Bu gün dünya müstəqil, güclü Azərbaycan dövləti ilə hesablaşır. Azərbaycan bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq inamlı siyasətini aparır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb VİDEO

İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı konsert təqdim olunub

Nərimanov rayonunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər