CƏMİYYƏT


Bu gün Azərbaycanda COVID-19 əleyhinə 1409 doza vaksin vurulub

Bakı, 14 avqust, AZƏRTAC

Avqustun 14-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1409 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 214, ikinci doza vaksinlərin sayı 127, üç və daha çox doza vaksinlərin sayı 908, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 160-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 839 min 106, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 370 min 143, ikinci mərhələ üzrə 4 milyon 859 min 674, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 352 min 155, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 257 min 134-dür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.