DÜNYA


ABŞ Avropa İttifaqı ölkələrini Ukraynaya maliyyə yardımını sürətləndirməyə çağırıb

Bakı, 28 sentyabr, AZƏRTAC

Ağ ev Avropanın Kiyevə göstərdiyi iqtisadi yardımının tempindən narazıdır və buna görə də Brüsseli vəsaitlərin ayrılmasını sürətləndirməyə və dəstəyin həcmini artırmağa sövq etməyə çalışır.

AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzeti bu barədə ABŞ administrasiyasında və Avropa İttifaqında olan mənbələrinə istinadla məlumat yayıb.

Məlumatda Vaşinqtonun “Ukraynaya vəd edilən iqtisadi yardımın operativ çatdırılması” məsələsində Avropa Komissiyası və Avropa İttifaqına üzv ölkələrlə tez-tez əlaqə saxladığı deyilir.

“Biz Kiyevin bütün tərəfdaşlarını vəd edilən yardımı Ukraynaya daha tez çatdırmağa, öhdəliklərini artırmağa və kreditlər əvəzinə qrant şəklində yardım ayırmasına çağırırıq”, – deyə adının açıqlanmasını istəməyən mənbə bildirib. ABŞ administrasiyasının nümayəndələri BMT Baş Assambleyasının sessiyası çərçivəsində avropalı həmkarları ilə görüşlər keçirib və onları Kiyevə vəsaitin ayrılmasını gecikdirən maneələri aradan qaldırmağa çağırıb.

Qəzetin məlumatına əsasən, Vaşinqton Kiyevə 8,5 milyard dollar həcmində yardım edib və daha 4,5 milyard dollar qrant ayırmaq üçün konqresə sorğu göndərib. Brüssel isə may ayında öhdəsinə götürdüyü 9 milyard avrodan 1 milyardını ödəyib və yaxın zamanda Kiyevə 5 milyard avro ayırmağa hazır olduğunu, qalan 3 milyard avronu isə ilin sonunadək köçürəcəyini bildirib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.