DÜNYA


Misir əhalisinin sayı 104 milyon nəfərə çatıb

Qahirə, 2 oktyabr, AZƏRTAC

Misir əhalisinin sayı 104 milyon nəfərə çatıb. Bu barədə məlumat verən Misirin İctimai Səfərbərlik və Statistika Agentliyi (CAMPAS) qeyd edib ki, ölkədə hər 19 saniyədə bir doğum qeydə alınır.

AZƏRTAC xəbər verir ki, CAMPAS-ın məlumatında son 9 ay ərzində Misir əhalisinin sayının 1 milyon nəfər artdığı bildirilib. Bu ölkədə hər gün orta hesabla 4200 körpə dünyaya gəlir, 1500-yə yaxın insan isə dünyasını dəyişir. Misir əhali artımına görə ərəb ölkələri arasında birinci, Afrikada isə Nigeriya və Efiopiyadan sonra üçüncü yerdədir.

Misir hökuməti demoqrafik proseslərə nəzarət etmək üçün əhali arasında, xüsusən əyalətlərdə reproduktiv sağlamlığa dair maarifləndirici tədbirlər təşkil edir. Ölkə Prezidenti Əbdülfəttah əs-Sisi də öz çıxışlarında əhalinin sürətli artımını sosial-iqtisadi inkişafa ən böyük maneə adlandırıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.