ELM VƏ TƏHSİL


BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində beynəlxalq “Ayın müşahidə gecəsi” keçirilib

Bakı, 6 oktyabr, AZƏRTAC

NASA-nın Azərbaycandakı rəsmi müşahidə nöqtələrindən biri olan Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində (TETYM) Beynəlxalq “Ayın müşahidə gecəsi” (International Observe the Moon Night) keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Tədbirə müxtəlif fakültələrdən 70-dən çox tələbə qatılıb. Əvvəlcə tələbələrə BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasının müəllimləri tərəfindən Ay haqqında ətraflı məlumat verilib. Sonra tədbir iştirakçıları teleskop vasitəsilə Ayın səthini müşahidə ediblər. Tələbələr Ay ilə yanaşı, Yupiter və Saturn planetlərini də müşahidə etmək imkanı əldə ediblər.

Daha sonra “Kosmos həftəsi” tədbirləri çərçivəsində TETYM və Astrofizika kafedrasının birgə təşkilatçılığı ilə astronomiya elminə aid “Təxmin et” yarışması keçirilib. Müxtəlif fakültələrdən olan 16 nəfər tələbənin qatıldığı yarışmada maksimal balı toplayan ilk 5 tələbəyə hədiyyələr verilib. Sonda bütün tədbir iştirakçısı olan tələbələrə NASA tərəfindən hazırlanmış sertifikatlar təqdim edilib. Sosial platformlarda onlayn yayımlanan tədbirin materialları, tədbirdə çəkilmiş Ayın yüksək ayırdetməli fotoları NASA rəsmilərinə təqdim edilib.

Qeyd edək ki, beynəlxalq “Ayın müşahidə gecəsi” NASA tərəfindən 2009-cu ildən etibarən təşkil olunur. Sentyabrın 26-da BDU-da təşkil edilmiş Yupiter və Saturnun müşahidəsi tədbirinin materiallarını NASA ilə paylaşmaqla universitet NASA-nın Azərbaycandakı rəsmi müşahidə nöqtəsi olan ilk ali təhsil müəssisəsi olub. NASA-nın hazırda dünya üzrə 4125 müşahidə nöqtəsi mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.