SİYASƏT


Rusiya XİN: Rusiya Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılmasına kömək göstərir

Moskva, 6 oktyabr, AZƏRTAC

Rəsmi Moskva Rusiyanın müttəfiqləri, iki yaxın dövlət arasında münasibətlərin normallaşdırılmasına, o cümlədən sülh sazişinin hazırlanmasına kömək göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, Moskva Bakı və Yerevana hər şeyi əhatə edən təkliflər verib. “Sülh sazişi mövzusunun yüksək həssaslığını nəzərə alaraq, biz aparılan danışıqların detallarını açıq şərh etməyi məqsədəuyğun hesab edirik”, - deyə M.Zaxarova vurğulayıb.

Sosial şəbəkələrdə yayılan videomateriallar barədə sualı cavablandıran Rusiya XİN-in nümayəndəsi diqqətə çatdırıb ki, təəssüflər olsun, buna bənzər məlumat müntəzəm meydana çıxır, onu hər iki tərəf səsləndirir. “Bütün bənzər hallar o cümlədən müharibə cinayəti təxirəsalınmaz, dəqiq təhlil tələb edir. Ona əsaslanaq ki, tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin nail olduqları üçtərəfli bəyanatların müddəalarına, o cümlədən digər qalan məsələlərə riayət etməlidirlər. Bu, hərbi əsirlərin mübadiləsi, itkin düşənlərin taleyinin araşdırılması, regionda mədəni-humanitar irsə aiddir”, - deyə M.Zaxarova sonda qeyd edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.