İQTİSADİYYAT


Energetika naziri Pərviz Şahbazov Əlcəzairin Baş naziri ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov Əlcəzairin Baş naziri ilə görüşüb

Bakı, 30 noyabr, AZƏRTAC

Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Aymin Benəbderəhman energetika naziri Pərviz Şahbazov ilə görüşüb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Əlcəzairin Baş naziri Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakını iki ölkə arasında yüksək münasibətlərin göstəricisi kimi qiymətləndirib və Əlcəzair Prezidenti Abdelmacid Tebbunun salamlarını dövlətimizin başçısına çatdırılmasını xahiş edib.

Energetika naziri Pərviz Şahbazov Əlcəzairlə hərtərəfli, o cümlədən enerji əməkdaşlığının inkişaf etdirilməsinə Azərbaycan Prezidenti tərəfindən xüsusi diqqətin yetirildiyini vurğulayıb: “Bu səfər çərçivəsində aparılan ikitərəfli müzakirələr və neft-qaz sahəsində imzalanan əməkdaşlıq sənədi məhz bu siyasətin həyata keçirilməsinə xidmət edir”.

Görüşdə Azərbaycan ilə Əlcəzairin iqtisadi əlaqələrinin inkişaf etdirilməsinin vacibliyi qeyd edilib. Enerji sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb və bu sahədə irəliləyişlərə nail olmaq üçün Əlcəzair hökuməti tərəfindən zəruri dəstəyin göstəriləcəyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.